Məhkəmə qərarları › İş №2(036)-542/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-542/2022

01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-542/2022 01.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib İmişli rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 20.05.2014-cü il təvəllüdlü X5 və 07.02.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək bir uşaq üçün ayda 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, birgə nikahdan doğulmuş 20.05.2014-cü il təvəllüdlü X5 və 07.02.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment kəsilmişdir.Lakin həmin məbləğ uşaqların maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir.Bundan başqa uşaqların böyüməsi ilə onların saxlanılması üçün tələb olunan vəsait ilbəil artır və o, uşaqların maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir.Cavabdeh uşaqlarla maraqlanmır və kəsilmiş alimenti ödəməkdən yayınır.Ona görə də, qət olunmuş alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 200 manat olmaqla 400 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İmişli rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 20.05.2014-cü il təvəllüdlü X5 və 07.02.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə ayda 300 (üç yüz) manat sabit pul məbləğində aliment kəsilmişdir.Cavabdeh işsiz olduğundan İddiaçı xeyrinə kəsilmiş ayda 300 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir və şəxsi ehtiyaclarını ödəyə bilmir.Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşdə olan AZ-İİİ №523016 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən İddiaçı doğulmuş 20.05.2014-cü il təvəllüdlü X2 Mehman Rəhman oğlundan törəmişdir. İşdə olan AZ-İV №059935 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən İddiaçı doğulmuş 07.02.2018-ci il təvəllüdlü X3 Mehman Rəhman oğlundan törəmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli 2(036)-3210/2018 saylı qətnaməsinin surətinə əsasən birgə nikahdan doğulmuş 20.05.2014-cü il təvəllüdlü X8 və 07.02.2018-ci il təvəllüdlü X1 Aygün Əliağa qızının yanında qalmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay cəmi 300 (üç yüz) manat sabit məbləğində aliment tutulması müəyyən edilmişdir. AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də İddiaçı irəli sürdüyü dəlillər iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar