Məhkəmə qərarları › İş №2(036)-547/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-547/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-547/2024 28.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 15000,0 manat əsas borc və 145,0 manat dövlət rüsumu tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 20 noyabr 2020-ci il tarixdə Alışov X1 regional “Asan Xidmət” məhkəzinin notariat ofisində kredit müqaviləsi bağlayaraq ondan 20.000,0 manat borc almış və 20 noyabr 2021-ci il tarixədək borcunu tam şəkildə qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq indiyədək cəmi 5.000,0 manat ödəmişdir. Ona görə də, Cavabdeh 15000,0 manat əsas borc və 145,0 manat dövlət rüsumu tutulub xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayında o, İddiaçı 20.000,0 manat borc almış və həmin vəsait hesabına İmişli rayonu ərazisində süd yığımı ilə məşğul olmuşdur. İddiaçı indiyədək cəmi 5000,0 manat qaytarmış və işləri yaxşı getmədiyindən qalan pulu qaytara bilməmişdir. Ona görə də, həmin məbləğin hissə-hissə ödənilməsi haqqında qərar qəbul olunmasını xahiş edir. İşdə olan İmişli Regional “Asan Xidmət” məhkəzinin notariat ofisində bağlanmış 20 noyabr 2020-ci il il tarixli Kredit müqaviləsinin surətinə əsasən Cavabdeh 20 noyabr 2021-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 20.000,0 manat borc almışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 20 noyabr 2020-ci il il tarixdə Cavabdeh 20 noyabr 2021-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 20.000,0 manat borc almış və indiyədək cəmi 5000,0 manat qaytarmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 15.000,0 manat əsas borc və 145,0 manat dövlət rüsumu tutulub İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 15.000,0 ( on beş min) manat əsas borc və 145,0 ( yüz qırx beş) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar