Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-548/2024 08.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İmişli şəhərində ətir ticarəti ilə məşqul idi. 2023- ilin iyun ayında ətir ticarətini dayandırmaq qərarına gəlmiş, həmin vaxt onunla qonşuluqda ətir ticarəti ilə məşqul olan Cavabdeh Talib qızı ona əlində qalan ətirləri və ətir satmaq üçı lazım olan avadanlıqları ona verməyini bildirmiş, o da onları satıb 1 aya onun pulun qaytarsın. O, cavabdehi tandığı üçün onunla razılaşmış və bundan sonra ətirləri və ətirə aid avadanlıqları cavadehə təhvil vermişdir. Həmçinin o, həmin zaman cavabdehə demişdir ki, bu əşyalara görə o, hər ay kredit ödəyir. Cavabdeh isə ona narat olmamasını, onun pulunu və üzərinə hesablanan faizi 1 aya qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçsədə cavabdeh hər dəfə bir bəhanə gətirərək pulunu verməmişdir. Hazırda cavabdeh ona ümumilikdə 3000 manat pul borcludur. Dəfələrlə tələb etməsinə baxmayaraq, həmin borcu ödəməmişdir. Cavabdeh borcu etiraf etsə də müxtəlif bəhanələrlə vədini yerinə yetirmir. O, məcbur qalıb bununla bağlı İmişli Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində ona borclu olduğunu etiraf etmiş, lakin İmişli Rayon Polis Şöbəsindən bu məsələnin mülki xarakterli olması əsas gətrilərək ona məhkəməyə müraciət etmək izah edilmişdir.
3. İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqinin xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən olur ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə İmişli Rayon Polis Şöbəsinə müraciət edərək, Cavabdeh tərəfindən 3000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsini bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək göstəmişdir ki, o, Samır Hüseynlini 2023-cü ilin may ayından ətir mağazasında işlədiyi vaxtdan tanımışdır. Samir 2023-cü ilin avqust ayının əvvəllərində mağazasını bağlayan zaman mağazada olan ətirləri, ətirlərin ləvazimatlarını və başqa əşyaları satmışdır. Samir qeyd edilən əşyaları imişli rayon mərkəzi bazarında tanışlarına satmışdır. Eyni zamanda, Samir ona yaxınlaşıb: "Malların bir qismini verim sənə” - demişdir. O, isə Samirə mal alacağ pulunun olmadığını bildirmişdir. Samir isə ona 2 ay müddətinə malın pulunu verə biləcəyini demişdir. Samirin bu sözündən sonra onunla razılaşmışdır. Samir ona 2716 manat dəyərində mal verəcəkdir. Onlar bu barədə danışdıqdan 30-40 dəqiqə sonra Samir onu mağazasına çağıraraq onun üçün ayırdığı malların mağazasına gətirməsinə köməklik etməsini xahiş etmişdir. Bundan sonra 2716 manat dəyərində malları mağazasına daşımışdır. Samirdən 85 ədəd ətir qabını 90 manata, təxminən 140-150 ədəd hədiyyə qutusunu 350-400 manata, 85 növ, 15, 20, 25, 30-35 arası çəkidə ətirlərə isə 1192 manat və bəzəkli ətir qablarını və digər əşyaları isə 1116 manat pul verməli olmuşdur. Ətirləri mağazaya yığdıqdan sonra satışını həyata keçirtməyə başlamışdır. Samirdən aldığı ətirlərdən təxminən 400-500 manatlıq ətir satmışdır. Həmin puldan Samirə verməmişdir. Çünki, Samirə malların pulunu 2 ay müddətində verəcəyi barədə razılıq əldə etmişdir Buna görə də, Samir 400-500 manat pulu almamışdır. Alver zəif getdiyinə görə 2 ay müddətində Samirin pulunu qaytara bilməmişdir. Bu barədə Samirə dedikdə sonuncu alverin zəif getməsinin ona aidiyyətinin olmadığını bildirmişdir. Hətta Samir bu barədə atasına zəng vurub, aralarında olan məsələni demişdir, atası isə Samirənin mal götürməsi barədə məlumatının olduğunu, ancaq 2 ay müddətində Samirin pulunu qaytarmaq haqda məlumatının olmadığını bildirmişdir. Atası Samirəyə aylıq olaraq 300-400 manat pul ödəməyi təklif etmişdir. Samır atası ilə danışan zaman ona razılıq versədə, Samır ona zəng edib razılıq verməmiş, pulunu bütöv olaraq istəmişdir. O da Samirdən 1 ay müddətinə hər ay 500 manat verməklə onun pulunu ödəcəyini bildirmişdir. Həmin vaxt Samir ona inanmayaraq razılaşmamış və bu barədə şikayət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
4. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
7. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
8. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
9. Maddə. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
10. Maddə. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
11. Maddə. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
16. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
22. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
23. Belə ki, hal-hazırkı işin mahiyyəti İddiaçı Cavabdeh müəyyən vaxt sonra əvəzini ödəmək şərti ilə dəyəri 3000 manat olan əşyaları təhvil verməsindən, cavabdehin isə əşyaların dəyərinin ödənilməsini ilə bağlı götürdüyü şifahi öhdəliyi yerinə yetirməməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, həmin fakt cavabdehin iş materiallarına əlavə edilmiş İmişli Rayon Polis Şöbəsində verdiyi ifadə ilə təsdiq olunur.
24. Borc müqaviləsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
25. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-nin 740.1 və 740.2-ci maddələri).
26. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM-nin 442, 443.1 və 445.2.1-ci maddələri).
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
31. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır.
32. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev
.