Məhkəmə qərarları › İş №2(036)-557/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-557/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-557/2021 03.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlu iddiaçı «xxxx» QSC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» QSC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 378.00 manat əsas borc, 45.67 manat cərimə, 20 manat dövlət rüsumu, cəmi 443.67 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli XEM000026 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh həmin tarixdə «xxxx» QSC-dən 414.00 manat dəyərində Samsung A10 markalı telefon nisyə almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli XEM000026 nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən borcalan Cavabdeh «xxxx» QSC-ə 0 manat ilkin ödəniş etdikdən sonra qalan 414.00 manatı ayda 35.00 manat ödəməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli XEM000026 nömrəli nisyə alqı-satqı Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 378.00 manat borclu qalmış və hesabına 45.67 manat cərimə hesablanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, «xxxx» QSC-nin xeyrinə Cavabdeh 378.00 manat əsas borc, 45.67 manat cərimə və dövlət rüsumuna görə 20 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 378.00 (üç yüz yetmiş səkkiz) manat əsas borc, 45.67 (qırx beş manat altmış yeddi qəpik) manat cərimə və dövlət rüsumuna görə 20 (iyirmi) manat pul alınıb iddiaçı «xxxx» QSC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov. AZƏRBAYCAN RESPUBLİKASI İmişli rayon İcra və Probasiya Şöbəsinə İMİŞLİ RAYON MƏHKƏMƏSİ № 2(036)-557/2021 «19» mart 2021-ci il Ünvan: İmişli şəhəri A.Şadlinski 55 Tel: 6-26-46 İmişli rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(036)-557/2021 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: İcra vərəqəsi “01” vərəqdə İmişli Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar