Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-572/2021 17.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nа qarşı “cavabdehlərin vurduqları maddi zərərin ödənilməsi, darvazanı əvvəlki işlək halına gətirmələri tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli rayonunun Qaralar kəndində yerləşən ata evində 262 manat məbləğində vurduqları maddi zərəri müştərək qaydada ödəmələri və darvazanı öz hesablarına düzəldərək əvvəlki işlək halına salmaları və iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, İmişli rayonunun Qaralar kəndində valideynlərinə məxsus evdə yaşayır, lakin kənddə özlərinin ayrı-ayrı evləri olan qardaşları Cavabdeh1 və Cavabdeh2 ona həmin evdə yaşamağa mane olurlar. Hərdən bir Bakıda yaşayan qardaşı Həsən ona dəyməyə gəlir, lakin cavabdehlər onun da evə gəlməsinə mane olurlar. Bundan əlavə cavabdehlər ona hədə-qorxu gəlir və onu məhv edəcəkləri ilə qorxudurlar. xx xxxxxx 2020-ci il tarixdə qardaşı Pəhlivan gəlib 2 qapının hər biri 50 mnat dəyərində qıfılını sındırıb, 130 manat dəyərində bir ədəd su qızdıranı sındırıb, biri 10 manat digəri 20 manat olan iki ədəd aynanı sındırıb, darvazanın da 2 manat dəyərində qıfılını qırıb. Digər qardaşı Cavabdeh2 isə darvazanı qaynaqla bağlayıb ki, açıb evə girə bilməsin. Qaynaqçı gətirib darvazanı açmaq üçün 50 manat pul lazımdır. Bununla da cavabdehlər birləşib ona 262 manat ziyan vurublar. O, bununla bağlı dəfələrlə polisə müraciət etsə də heç bir nəticəsi olmamış, mübahisənin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbinin təmin olunması barədə qətnamə qbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, iddiaçının tələbində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir, ona heç kəs ata evində yaşamağa mane olmamış, istədiyi vaxt gəlib yaşayıb, işlərinə də heç kim qarışmır. Onun tərəfindən iddiaçıya heç bir maddi zərər də vurulmamışdır. Ona görə də hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məkhəmə iclasında Cavabdeh2 işin hallarına dair cavabdeh X1 izahatına uyğun izahat verdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona İmişli rayonunun Qaralar kəndində yerləşən ata evində yaşamağına maneçilik törədir, işlərinə müdaxilə edir, onun mənzil hüququ ilə bağlı qanunsuz hərəkətlər edir və onu hədə-qorxu gəlməklə qorxudurlar, eyni zamanda cavabdehlər birləşib ona 262 manat məbləğində ziyan vurmuşlar. Cavabdehlər isə belə bir halların olmadığını və iddiaçıya qarşı heç bir qanunsuz hərəkət etmədiklərini bildirirlər. Lakin, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər subutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-572/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-572/2021
17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver