Məhkəmə qərarları › İş №2(036)-593/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-593/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-593/2022 25.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tağıyev Rasət Şaiq oğlunun katibliyi, iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Finca Azerbaijan» MM QBKT-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 899.00 USD əsas borc, 210.67 USD faiz borc, 24.85 USD cərimə, cəmi 1134.52 USD və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 39.28 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor «Finca Azerbaijan» MM QBKT ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19.04.2016-cı il tarixli 616974 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 23.76 faizlə 24 ay müddətinə 1000.00 USD məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor «Finca Azerbaijan» MM QBKT ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19.04.2016-cı il tarixli 616974 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 23.69 faizlə 24 ay müddətinə 1500.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh1 «Finca Azerbaijan» MM QBKT-dən aldığı 1000.00 USD kredit məbləğini cəmi 270.00 USD faizlə birlikdə ayda 53.00 USD ödəməklə 19.05.2016-cı il tarixdən 19.04.2018-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh1 «Finca Azerbaijan» MM QBKT-dən aldığı 1500.00 manat kredit məbləğini cəmi 401.00 manat faizlə birlikdə ayda 80.00 manat ödəməklə 19.05.2016-cı il tarixdən 19.04.2018-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh1 19.04.2016-cı il tarixli 616974 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 899.00 USD əsas borc, 210.67 USD faiz borc, 24.85 USD cərimə hesablanmışdır. AR Mülki məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Kreditor «Finca Azerbaijan» MM QBKT 19.04.2016-cı il tarixli 616974 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 19.04.2019-cu il tarixdə bitdiyindən Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilmişdir.Ona görə də iddia tələbi Cavabdeh1 899.00 USD əsas borc, 210.67 USD faiz borcu, 24.85 USD cərimə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 ödəniş vaxtı məzənnədə milli valyuta ilə 899.00 (səkkiz yüz doxsan doqquz) USD əsas borc, 210.67 (iki yüz on dollar altmış yeddi sent) USD faiz borcu, 24.85 (iyirmi dörd dollar səksən beş sent) USD cərimə və ödənilmiş dövlət rüsumuna görə 39.28 (otuz doqquz manat iyirmi səkkiz qəpik) manat tutulub iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar