Məhkəmə qərarları › İş №2(036)-596/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-596/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-596/2020 09.06.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi iddiaçının nümayəndəsi x1 iştirakı ilə, İddiaçı «x6» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı «x6» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.05.2016-ci il tarixli kredit müqaviləsi üzrə 646 manat əsas borc, 63 manat faiz borcu, 116 manat cərimə, cəmi 825 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı «x6» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x3 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı «x6» MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2016-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya biznesin inkişafı üçün 12 ay müddətinə 1200 manat məbləğində kredit xətti açılmışdır. Bu müqavilə çərçivəsində 21.05.2016-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 36 faiz olmaqla 12 ay müddətinə ödəmək şərti ilə cavabdehə 1200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli idi. Lakin kreditin ödənilməsi lazımi qaydada aparılmamışdır. Belə ki, cavabdehin 01.07.2019-cu il tarixə 646 manat əsas borc, 63 manat faiz borcu, 116 manat cərimə, cəmi 825 manat borcu vardır. Cavabdeh kredit üzrə öhdəliklərini vaxtında icra etmədiklərindən onlara dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq göstərilən borc məbləğini hal-hazıradək ödəməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş «x6» MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2016ci il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, biznesin inkişafı üçün Cavabdeh 12 ay müddətinə 1200 manat məbləğində kredit xətti açılmışdır. İşə əlavə edilmiş «x6» MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2016-ci il tarixli Əlavə kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh «x6» MMC-dən illik faiz dərəcəsi 36% olmaqla 12 ay müddətinə 1200 manat məbləğində kredit götürmüşdür. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə kreditmüqaviləsinəəsasənöz üzərinə götürdüyü öhdəliklərivaxtındavə lazımınca icra etməyərək, nəticədə«x6» MMC-ə ödənilməli olan əsas borcvəborca görə hesablanmış faizləriödəməmişdir. 21.05.2016-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh bütün ödənişləri vaxtında həyata keçirmək vəzifəsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı «x6» MMC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 116 manat məbləğində hesablanan dəbbə (penya) pulu yüksək olduğundan azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və x2 aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 646 manat əsas borc, 63 manat faiz borcu, 20 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 759 manat tutularaq «x6» MMC-nin xeyrinə verilməli ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 646 manat əsas borc, 63 manat faiz borcu, 20 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 759 (yeddi yüz əlli doqquz) manat məbləğində pul tutularaq «x6» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar