Məhkəmə qərarları › İş №2(036)-596/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-596/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-596/2024 29.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Amil qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Amil qızı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından doğulmuş və iddiaçının himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş aliment miqdarının artırılıb sabit pul məbləğində hər ay 235 manat müəyyən edilməsi və öfənilmiş mediasiya xərclərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş icraata qəbul edilmiş və məhkəmə baxış iclası 29 mart 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı Amil qızı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə mübahisənin həlli ilə bağlı razılığa gəldikləri üçün iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 vəsatətə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Amil qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar