Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-61/2023 03.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ona məxsus İmişli şəhəri, H.Əliyev prospekti 124A saylı ünvanda yerləşən 0,035 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına mane olması ilə bağlı vurduğu 3855 manat məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X1 İmişli şəhəri, H.Əliyev prospekti 124A saylı ünvanda yerləşən 0,035 hektar həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin sahədə yaşayış evi tikir. xx.xx.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İmişli şəhəri, H.Əliyev prospekti 124A saylı ünvanda yerləşən 0,035 hektar həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Lakin Cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmağa imkan vermir. Belə ki, o, heç bir əsas olmadan onu ötən il məhkəməyə verib və ərizəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərardad çıxarılıb. Onun 2021-ci ilin yayında aldığı 3855 manat dəyərində sement kisələri daşlaşıb, digər tikinti materialları yağışın-qarın altında qalıb zay olub. Onun qanunsuz hərəkətləri nəticəsində 1 ilə yaxındır ki, mənəvi əzab çəkir. İmişli Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılan zaman ekspertiza təyin edilmiş və məhkəmə mühəndis-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli 10/1136 nömrəli rəyi ilə İmişli şəhəri, H. Əliyev prospekti 124A saylı ünvanda yerləşən 0,035 hektar həyətyanı torpaq sahəsinə qanuni qaydada mülkiyyət hüququ olması, iddiaçının torpaq sahəsini zəbt etmədiyi təsdiq olundu. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh oğlnun iddia tələbi əsassız olduğundan təmin edilmədi. Cavabdeh oğlndan ona vurduğu zərəri ödəməsini tələb etsə də, müsbət cavab verməmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********73 reyestr nömrəli Çıxarışa əsasən İmişli şəhəri, H.Əliyev prospekti, 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
4. İmişli Rayon Məkhəməsinin 03 avqust 2021-ci il tarixli, 2(036)-1971/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin öz hesabına sökülməsi və qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə iddiasına dair mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək iddiaçı Cavabdeh tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilib, Cavabdeh istifadəsində olan İmişli şəhəri, H.Əliyev prospekti 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsində tikinti işlərinin aparılması İddiaçı və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
5. İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(036)-127/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz edərək göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
20. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh 2021-ci ildə İddiaçı qarşı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin öz hesabına sökülməsi və qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə iddia ərizəsi ilə İmişli Rayon Məhkməsinə müraciət etmişdir.
22. İmişli Rayon Məkhəməsinin 03 avqust 2021-ci il tarixli, 2(036)-1971/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin öz hesabına sökülməsi və qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə iddiasına dair mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək iddiaçı Cavabdeh tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilib, Cavabdeh istifadəsində olan İmişli şəhəri, H.Əliyev prospekti 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsində tikinti işlərinin aparılması İddiaçı və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
23. İmişli Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(036)-127/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
24. İddiaçı hesab etmişdir ki, Cavabdeh tərəfindən ona qarşı məhkmədə əsassız iddia qaldırıldığından və məhkəmə tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılması ona qadağan edildiyindən tikinti üçün aldığı sement kisələri yağış və qar altında qalaraq istifadəyə yararsız hala düşmüş, bununla da ona 3835 manat məbləğində maddi ziyan dəymişdir.
25. Məhkəmə qeyd edir ki, hər kəsin məhkəmədə iddia qaldırmaq, pozulmuş hüquq və azadlıqlıqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.
26. Nəzərə almaq lazımdır ki, Cavabdeh öz konstitusyon hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə iddia tələbinə tam, hərtərəfli və obyektiv baxılmanın təmin edilməsi məqsədilə işə baxılıb qurtaranadək hazırkı iş üzrə iddiaçıya müəyyən hərəkətləri etməyi qadağan etmə haqqında qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu hal Cavabdeh delikt törətməsi və ya iddiaçıya maddi ziyan vurması kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı etiraf edir ki, tikinti materiallarını yağış, qar və çiskinli hava şəraitinə uyğun olaraq lazımi şəraitdə saxlamamış, nəmlik yarandıqda daşlaşma ehtimalı böyük olan sementləri quru yerdə saxlamamış və onlara qulluq göstərməmişdir.
27. Göründüyü kimi iddiaçı özü özünə maddi zərər vurmuşdur.
28. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
30. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
31. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
32. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanunsuz və əsassız olduğu üçün təmin edilməməli və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev