Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-63/2021 27.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi və iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23757.57 ABŞ dolları məbləğində əsas kredit borcu, 2327.97 ABŞ dolları faiz borcu, 2375.76 ABŞ dolları penya borcu, cəmi 28461.3 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İmişli rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(036)-3263/2015 saylı məhkəmə əmrinə əsasən borclular İmişli rayonunun Qulubəyli kəndində yaşayan Cavabdeh1, İmişli rayonunun Qızılkənd kəndində yaşayan Cavabdeh2 və İmişli rayonunun Qaradonlu kəndində yaşayan Cavabdeh3 müştərək qaydada 23757.57 ABŞ dolları məbləğində əsas kredit borcu, 2327.97 ABŞ dolları faiz borcu, 2375.76 ABŞ dolları penya borcu, cəmi 28461.3 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İmişli rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(036)-3263/2015 saylı qərardadı ilə Cavabdeh2 etirazına əsasən İmişli rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(036)-3263/2015 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin İmişli rayon filialı ilə borclu Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 14035-/478777 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borclu Cavabdeh1 illik 21%-lə, 24 ay müddətinə 25500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla əlaqədar Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 zamin durduqları üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqavilələri üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli 14035-/478777 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən borclu Cavabdeh1 İddiaçı ASC-dən 24 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 25500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli 14035/478787 Z saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən zamin bank qarşısında borclu Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. İşə əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli 14035/478775 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən zamin bank qarşısında borclu Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. İşə əlavə edilmiş məhkəmə ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 4/723 saylı rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş, 2(036)-448/2020 nömrəli mülki işin 65-ci vərəqəsində olan xx xxxxxx 2014-cü il tarixli 14035-/478787 Z saylı zaminlik müqaviləsinin “5.2” Zamin Cavabdeh2 imza” qrafasındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, Cavabdeh2 20-ci vərəqəsində olan AZE seriyalı 0******* nömrəli xx.xx.2006-cı il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində “Vəsiqə sahibinin imzası” qrafasında əks olunan imzada, i/v 35-də olan etirazda “İmza” qrafasındakı imzada, i/v 49-51-də olan ekperimental imzalarda - imzaların qəsdən dəyişdirməklə icra olunma əlamətləri müşahidə olunmadı. Azərbaycan Respublikası MM-nin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi Cavabdeh1 hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-ə ödənilməli olan əsas borc və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, xx xxxxxx 2014-cü il tarixli 14035-/478777 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 bütün ödənişləri vaxtında həyata keçirmək vəzifəsini öz üzərinə götürmüşdür. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrini nəzərdən keçirib hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərlərinə götürdüyündən bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 2375.76 ABŞ dolları məbləğində hesablanan dəbbə (penya) pulu yüksək olduğundan azaldılaraq 250 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23757.57 ABŞ dolları məbləğində əsas kredit borcu, 2327.97 ABŞ dolları faiz borcu, 250 ABŞ dolları penya borcu, cəmi 26335.54 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, əlavə olaraq 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23757.57 ABŞ dolları məbləğində əsas kredit borcu, 2327.97 ABŞ dolları faiz borcu, 250 ABŞ dolları penya borcu, cəmi 26335.54 (iyirmi altı min üç yüz otuz beş dollar, əlli dörd sent) ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manat ilə hesablanaraq tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC -nin xeyrinə ödənilsin. Əlavə olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. İş üzrə keçirilmiş xx xxxxxxx 2020-ci il tarixli, 4/723 saylı məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul Cavabdeh2 tutularaq SAP (XİİS) hesabı, Dövlət Xəzinadarlıq Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab № AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim:Qurban Hacıyev