Məhkəmə qərarları › İş №2(036)-635/2022

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-635/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-635/2022 01.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu, iddiaçı Rüstəmov Vəli Abbas oğlunun Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə ərizəsinə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : İddiaçı Rüstəmov Vəli Abbas oğlu Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə 1788,0 əsas borc və 37.88 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzi əlavə edilsə də, dövlət rüsumu elektron ödəniş sistemləri vasitəsilə ödənilmədiyindən iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı İddiaçı Abbas oğlu Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 /on / gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar