Məhkəmə qərarları › İş №2(036)-669/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-669/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-669/2024 20.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, iddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kredit İttifaqı MMC cavabdehlər, Cavabdeh1 (Ünvan: Cəbrayıl rayonu, Çullu kəndi) və Cavabdeh2 (Ünvan: İmişli rayon, Koroğlu küçəsi ev 26) qarşı borcun tutulması tələbi barədə iddia qaldırmışdır. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli DB/22611/0865 saylı zaminlik müqaviləsinin 5.1.3cü bəndində əsasən Cavabdeh2 zaminliyinə xitam verilmişdir. Əsas borclu Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olduğuna görə iddia ərizəsi İmişli rayon məhkəməsində icraata qəbul edilməyərək geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Kredit İttifaqı MMC-nin cavabdehlər, Cavabdeh1 və qeyrisinə qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar