Məhkəmə qərarları › İş №2(036)-672/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-672/2024

30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-672/2024 30.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Tərtər rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 170 (yüz yetmiş) manat sabit pul məbləğində və ya qazancının ¼ hissəsi miqdarında müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək ayda 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində və ya qazancının ¼ hissəsi miqdarında aliment kəsilmişdir.Cavabdeh AR MN N saylı hərbi hissədə MAXE kimi xidmətdədir və hər ay 147,0 manat aliment ödəyir.Həmin məbləğ uşağın maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir.Bundan başqa uşağın böyüməsi ilə onun saxlanılması üçün tələb olunan vəsait ilbəil artır və o, uşağın maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir.Cavabdeh uşağla maraqlanmır və kəsilmiş alimenti ödəməkdən yayınır.Ona görə də, qət olunmuş alimentin miqdarının artırılaraq hər 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırılmışdır. Məhkəmə iddiaçın nümayəndəsi X3 izahatını dinləyib, işin materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşdə olan AZ-İV №716539 saylı «doğum şəhadətnaməsinin» surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 Xəyyam Xaləddin oğlundan törəmişdir. İşdə olan Tərtər rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(061)-157/2022 saylı qətnaməsinin surətinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 Ayşən Şaiq qızının yanında qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində və ya qazancının ¼ hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, sonrakı müddətdə Cavabdeh maddi vəziyyətində heç bir yaxşılaşma olmadığından İddiaçı irəli sürdüyü dəlillər iddia tələbinin təmin edilməsi üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar