Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-674/2021 08.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri xx xxxxxx 2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx xxxxxx 2012-ci ildə “Nihad” və xx xxxxxx 2016-cı ildə “Nicat” adlı 2 (iki) oğlan uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində onların qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə İmişli Rayon Məhkəməsinin 2(036)-3265/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahına xitam verilmişdir. Eyni zamanda, İmişli Rayon Məhkəməsinin 2(036)-5291/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından xx xxxxxx 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 108 (yüz səkkiz) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-2187/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahlarından xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 117 (yüz on yeddi) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda tərəflərin tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan oğlan uşaqları X6 və X4 İddiaçı himayəsindədir. Ötən müddət ərzində Cavabdeh ödədiyi ümumilikdə 225 (iki yüz iyirmi beş) manat sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan oğlan uşaqları Nihadın və Nicatın tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Bundan başqa, İddiaçı heç bir yerdə işləmir, maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Bu səbəbdən də, Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, İmişli Rayon Məhkəməsinin 2(036)-5291/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli və İmişli Rayon Məhkəməsinin 2(036)-2187/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnamələri ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, birgə nikahlarından xx xxxxxx 2012-ci ildə anadan olmuş X2 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə 175 (yüz yetmiş beş) AZN sabit pul məbləğində, ümumilikdə 350 (üç yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibətləri xx xxxxxx 2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx xxxxxx 2012-ci ildə “Nihad” və xx xxxxxx 2016-cı ildə “Nicat” adlı 2 (iki) oğlan uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində onların qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə İmişli Rayon Məhkəməsinin 2(036)-3265/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilmişdir. Bununla yanaşı, İmişli Rayon Məhkəməsinin 2(036)-5291/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından xx xxxxxx 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 108 (yüz səkkiz) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-2187/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə birgə nikahlarından xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 117 (yüz on yeddi) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Onu da bildirir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar heç də həqiqətə uyğun deyildir. Belə ki, o, əvvəllər maddi imkanı daxilində oğlan uşaqları Nihada və Nicata maddi, mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmiş və onların maddi ehtiyaclarını qarşılamışdır. Düzdür, özü X8 operator vəzifəsində işləyir və 570 (beş yüz yetmiş) AZN məbləğində əmək haqqı alır. Lakin hal-hazırda özü də maddi cəhətdən çətinlik çəkir və maddi imkanı kifayət qədər yüksək deyildir. Bununla yanaşı, İddiaçı iddia etdiyi aliment məbləği də yüksək həddədir. Belə ki, onun yetkinlik yaşına çatmayan oğlan uşaqları X2 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından ümumilikdə 350 (üç yüz əlli) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi cəhətdən imkanı çatmır. Bu səbəbdən də, o, İddiaçı ona qarşı irəli sürdüyü “aliment məbləğinin artırılması” tələbini rədd edir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 581831 №-li, xx xxxxxxx 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx xxxxxx 2012-ci ildə “X5” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 695713 №-li, xx xxxxxx 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birə nikahından xx xxxxxx 2016-cı ildə “X4” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-5291/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxx 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 108 (yüz səkkiz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-2187/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına atanadək saxlanması üçün hər ay qazancından 117 (yüz on yeddi) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-3265/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikaha xitam verilməsi qət edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ər-arvad olmuşlar, onların birgə nikahdan xx xxxxxx 2012-ci ildə “Nihad” və xx xxxxxx 2016-cı ildə “Nicat” adlı 2 (iki) oğlan uşağı anadan olmuş, uşaqları yetkinlik yaşına çatmamış və iddiaçı (ana) İddiaçı himayəsindədirlər. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)- 3265/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikahına xitam verilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-5291/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından xx xxxxxx 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 108 (yüz səkkiz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı qızının xeyrinə ödənilməsi müəyyən edilmişdir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-2187/2016 saylı, 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına atanadək saxlanması üçün hər ay qazancından 117 (yüz on yeddi) AZN sabit pul məbləğində alimentin tutularaq, iddiaçı İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı deməsinə görə, o heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Cavabdeh deməsinə görə o, X8 operator vəzifəsində işləyir, belə ki, rəsmi iş yeri vardır və müntəzəm əmək haqqı alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarının 8.1-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Həmin Qərarın 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2015-cı il tarixli Qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, aliment alınması haqqında iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu meyarı üzrə 30 (otuz) manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh tutularaq, dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də, Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumun 175 manat məbləğində müəyyən edilməsini, aliment verməyə borclu olan cavabdehin aliment verməsinə dair maddi imkanlarını və iddiaçının uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-5291/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 108 (yüz səkkiz) AZN sabit pul məbləğində alimentin miqdarı və İmişli Rayon Məhkəməsinin 2(036)- 2187/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 117 (yüz on yeddi) AZN sabit pul məbləğində alimentin miqdarı ümumilikdə 350 (üç yüz əlli) AZN sabit pul məbləği həddində artırılmalı, tərəflərin birgə nikahından xx xxxxxx 2012-ci ildə anadan olmuş X2 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər bir uşağa görə 175 (yüz yetmiş beş) AZN sabit pul məbləğində, ümumilikdə 350 (üç yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-5291/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 108 (yüz səkkiz) AZN sabit pul məbləğində alimentin miqdarı və İmişli Rayon Məhkəməsinin 2(036)-2187/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 117 (yüz on yeddi) AZN sabit pul məbləğində alimentin miqdarı ümumilikdə 350 (üç yüz əlli) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin birgə nikahından xx xxxxxx 2012-ci ildə anadan olmuş X2 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər bir uşağa görə 175 (yüz yetmiş beş) AZN sabit pul məbləğində, ümumilikdə 350 (üç yüz əlli) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-674/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-674/2021
08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver