Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-689/2020 04.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1040 manat əsas borcun, 485 manat cərimə borcunun, 50 manat hüquqi xidmət xərclərinin və ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutularaq ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(036)-689/2020 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. İmişli rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(036)-689/2020 saylı qərardadı ilə Cavabdeh etirazına əsasən İmişli rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(036)-689/2020 saylı məhkəmə əmri ləğv edilərək işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli şəhərində yerləşən mağazada təsərrüfat mallarının satışı ilə məşğuldur. Bir neçə ildir ki, fiziki şəxs kimi fəaliyyət göstərir. Malların satışı nağd qaydada və ya alıcı ilə aralarında bağlanmış müqavilə əsasında aylar üzrə hissə-hissə ödənilməklə həyata keçirilir. Cavabdeh ilə aralarında xx xxxxxx 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh ondan 1040 manat dəyərində olan «SAMSUNG A8» markalı mobil telefon almışdır. Borclu aldığı əşyanın pulunu 12 ay müddətinə razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə görə əgər borclu pulu vaxtinda ödəməzsə, gecikdirməyə görə cərimə pulu da ödənilməlidir. Borclu Cavabdeh ilə müqavilə bağlandığı gündən «SAMSUNG A8» markalı mobil telefon onun istifadəsindədir. Lakin, borclu qismən ödəniş etmiş, sonradan müqavilənin şərtinə əməl etməyərək borcunu ödəməmişdir. Borcun ödənilməsi üçün borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. Onun bu hərəkəti aralarında bağlanmış müqavilənin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Hazırda Cavabdeh ona 1040 manat borcu qalmışdır. O, borcunu vaxtında ödəmədiyindən müqaviləyə əsasən ona 485 manat məbləğində cərimə pulu hesablanmışdır. Beləliklə, cərimə pulu da daxil olmaqla borclu Cavabdeh ona olan cəmi borcu 1525 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1040 manat dəyərində «SAMSUNG A8» markalı mobil telefon satılmış, cavabdeh aldığı əşyanın dəyərini 12 ay müddətinə ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. İddiaçı 50 manat məbləğində hüquqi xidmət xərclərinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1040 manat əsas borc, 20 manat cərimə, 20,40 manat dövlət rüsumu və xidmət haqqı olmaqla, ümumilikdə 1080,40 manat məbləğində pul alınaraq İddiaçı verilməli, əlavə olaraq cavabdehdən 10 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1040 manat əsas borc, 20 manat cərimə, 20,40 manat dövlət rüsumu və xidmət haqqı olmaqla, ümumilikdə 1080.40 (bir min səksən manat, qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-689/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-689/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver