Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-706/2021 15.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)-706/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ İmişli Rayon Məhkəməsi 15 aprel 2021-ci il İmişli şəhəri Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh vəkili: İmişli rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Otuziki kəndində yaşayır. 2020-ci ilin iyul ayında etibarnamə əsasında özünə məxsus “PASSAT VOLKSWAGEN” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu məqsədi ilə “avtomobil alğısatqısı”na dair internet səhifələrinin birində elan yerləşdirmişdir. İmişli şəhəri sakini, Cavabdeh həmin avtomobili almaq üçün onun yaşadığı evə gəlmiş, avtomobilə baxış keçirmiş və bəyənmişdir. Beləliklə, onlar arasında həmin avtomobilin 6200 (altı min iki yüz) AZN məbləğinə alğı-satqısına dair şifahi razılıq əldə edilmişdir. Eyni zamanda bildirir ki, həmin avtomobilə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada “alğı-satqı” müqaviləsi bağlanmamış, sadəcə olaraq, notariat ofisində ümumi etibarnamə əsasında “alğı-satqı” prosesi həyata keçirilmişdir. İlk əvvəl Cavabdeh beh olaraq ona 100 (yüz) AZN məbləğində, daha sonra isə ayrı-ayrı tarixlərdə 4100 (dörd min yüz) AZN məbləğində, 500 (beş yüz) AZN məbləğində və ümumilikdə 4700 (dörd min yeddi yüz) AZN məbləğində pul ödənişini həyata keçirmişdir. Lakin avtomobilin dəyərinin qalıq hissəsini, yəni 1500 (min beş yüz) AZN məbləğində pulu bu günədək onun xeyrinə ödəməmişdir. O, avtomobilin dəyərinin qalıq hissəsinin, yəni 1500 (min beş yüz) AZN məbləğində pulun ödənilməsi üçün dəfələrlə Cavabdeh müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, Cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuş və cavabdehin qanunsuz hərəkəti bir insan kimi ona çox ağır təsir edir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda, qarşılıqlı iddia tələbi barədə bildirir ki, mübahisə predmeti olan “PASSAT VOLKSWAGEN” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı həmin avtomobili satmamışdan əvvəl onların hər ikisi həmin avtomobilin müayinə olunması, eləcə də, avtomobildə hər hansı qüsurun olub-olmamasını müəyyən etmək üçün avtomobil təmiri ilə məşğul olan ustalara göstərmiş və avtomobildə heç bir qüsur aşkar edilməmişdir. Bundan başqa, qeyd edir ki, əgər həmin avtomobildə bir neçə müddət keçdikdən sonra hər hansı qüsur və (və ya) qüsurlar aşkar edilmişdirdə, niyə Cavabdeh ona bu barədə vaxtında məlumat verməmişdir..? Hesab edir ki, Cavabdeh ona qarşı irəli sürdüyü qarşılıqlı iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, ilk iddia tələbinin təmin edilərək, ilk iddia üzrə Cavabdeh avtomobilin dəyərinin qalıq hissəsinin, yəni 1500 (min beş yüz) AZN məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini rədd edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, H.Aslanov küçəsi, ev 20, mənzil 2 ünvanda yaşayır. 2020ci ilin iyul ayında İmişli rayonu, Otuziki kənd sakini İddiaçı etibarnamə əsasında özünə məxsus “PASSAT VOLKSWAGEN” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq barədə xəbəri eşidib, həmin avtomobili almaq üçün onun yaşadığı evə getmiş, avtomobilə baxış keçirmiş və bəyənmişdir. Beləliklə, onlar arasında həmin avtomobilin 6200 (altı min iki yüz) AZN məbləğinə alğı-satqısına dair şifahi razılıq əldə edilmişdir. Eyni zamanda bildirir ki, həmin avtomobilə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada “alğı-satqı” müqaviləsi bağlanmamış, sadəcə olaraq, notariat ofisində ümumi etibarnamə əsasında “alğı-satqı” prosesi həyata keçirilmişdir. O, beh olaraq İddiaçı 100 (yüz) AZN məbləğində, daha sonra isə ayrı-ayrı tarixlərdə 4100 (dörd min yüz) AZN məbləğində, 500 (beş yüz) AZN məbləğində və ümumilikdə 4700 (dörd min yeddi yüz) AZN məbləğində pul ödənişini həyata keçirmişdir. Lakin avtomobilin dəyərinin qalıq hissəsini, yəni 1500 (min beş yüz) AZN məbləğində pulu bu günədək İddiaçı xeyrinə ödəməmişdir. Avtomobilin dəyərinin qalıq hissəsinin, yəni 1500 (min beş yüz) AZN məbləğində pulu ödəməməkdə əsas səbəbi İddiaçı “PASSAT VOLKSWAGEN” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurları barədə ona məlumat vermədən qüsurlu şəkildə satması olmuşdur. Belə ki, o, həmin avtomobili aldıqdan bir müddət sonra avtomobildə müəyyən nasazlıq aşkar etmiş və təmir etdirilməsi üçün “xxxx” MMC-yə müraciət etmişdir. “xxxx” MMC-nin ustaları tərəfindən həmin avtomobilə baxış keçirilmiş və həmin avtomobilin 24 (iyirmi dörd) detalının dəyişdirilməsi bildirilmişdir. Belə ki, “xxxx” MMC-nin 02 sentyabr 2020-ci il tarixli zərər aktına əsasən ona dəymiş maddi zərər 2930 (iki min doqquz otuz) AZN məbləği həddində müəyyən edilmişdir. O, həmin avtomobili öz şəxsi pul vəsaiti hesabına təmir etdirib, başqa şəxsə “satmış”dır. Bu səbəbdən də, o, İddiaçı qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, qarşılıqlı iddia tələbinin təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı avtomobilin təmirinə xərclənmiş pulun bir hissəsinin, yəni 1430 (min dörd yüz otuz) AZN məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 110 (yüz on) AZN məbləğində xidmət haqqının, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili İmişli rayon Vəkil Bürosunun vəkili X5 ilk iddia tələbini rədd edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatı ilə eyni məzmunlu izahat verərək, qarşılıqlı iddia tələbinin təmin və ilk iddia tələbinin rədd edilməsi barədə barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğu üçün təmin, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan ********* saylı, 27 yanvar 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********* saylı, 02 mart 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 116 saylı, 02 sentyabr 2020-ci il tarixli zərər aktından görünür ki, “PASSAT VOLKSWAGEN” markalı, **-XB-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin sıradan çıxmış hissələri müəyyənləşdirilmiş və avtomobilin hissələrinin bazar qiyməti 2930 (iki min doqquz yüz otuz) AZN məbləğində müəyyən edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin iyul ayında İddiaçı ilə X6 arasında “PASSAT VOLKSWAGEN” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6200 (altı min iki yüz) AZN məbləğinə alğı-satqısına dair şifahi razılıq əldə edilmiş, lakin tərəflər arasında həmin avtomobilə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada “alğısatqı” müqaviləsi bağlanmamış, sadəcə olaraq, notariat ofisində ümumi etibarnamə əsasında “alğı-satqı” prosesi həyata keçirilmişdir. Bundan başqa, həmin avtomobilə görə X6 tərəfindən İddiaçı xeyrinə ümumilikdə 4700 (dörd min yeddi yüz) AZN məbləğində pul ödənişi həyata keçirilmiş, eləcə də, həmin avtomobilin dəyərinin qalıq hissəsi, yəni 1500 (min beş yüz) AZN məbləğində pul ödənilməmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin faktlar məhkəmə iclasında tərəflərin (cavabdeh X3) izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı cavabdeh X4 qarşı “pul” tələbini, eləcə də, cavabdeh X3 İddiaçı qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olubolmaması; 2. Məhz İddiaçı tərəfindən “PASSAT VOLKSWAGEN” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qüsurlu şəkildə satılıb-satılmaması və 3. Cavabdeh məhz İddiaçı təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından maddi zərərin dəyib-dəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş ilk iddia və qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, hər iki iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə ilk iddia və qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə həm ilk iddia üzrə İddiaçı, həm də, qarşılıqlı iddia üzrə iddiaçı X3 bir-birinə qarşı “pul” və “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında qarşılıqlı iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. İlk iddia tələbi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bundan başqa, məhkəmə hesab edir ki, “PASSAT VOLKSWAGEN” markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı avtomobilə görə X6 tərəfindən İddiaçı xeyrinə ümumilikdə 4700 (dörd min yeddi yüz) AZN məbləğində pul ödənişini həyata keçirməsi, eləcə də, həmin avtomobilin dəyərinin qalıq hissəsinin, yəni 1500 (min beş yüz) AZN məbləğində pulun ödənilməməsi faktı” ilk iddia üzrə Cavabdeh tərəfindən etiraf edildiyi üçün (bu fakt hər iki tərəfin izahatı ilə öz təsdiqini tapdığı üçün “prosessual qənaət” prinsipinə əsasən sübutetmə mexanizmi baxımından əlavə olaraq sübutun təqdim edilməsinə ehtiyac qalmır...) ilk iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, məhkəmə ilk iddia tələbi ilə bağlı hesab edir ki, ilk iddia üzrə İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün ilk iddia tələbi təmin edilməlidir. Belə ki, ilk iddia üzrə İddiaçı ilk iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, ilk iddia üzrə İddiaçı ilk iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdeh X3 ilk iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh X6 izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı hüquqi əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, məhz qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən “PASSAT VOLKSWAGEN” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qüsurlu şəkildə satılması, eləcə də, məhz qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılqılı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən ilk iddia üzrə iddiaçı tərəf ilk iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün ilk iddia tələbi təmin edilməli və 2. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən qarşılıqlı iddia üzrə iddiaçı tərəf qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün qarşılıqlı iddia tələbi rədd edilməlidir. Bu səbəbdən də, ilk iddia üzrə Cavabdeh 1500 (min beş yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, ilk iddia üzrə İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh 1500 (min beş yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, ilk iddia üzrə İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov