Məhkəmə qərarları › İş №2(036)-711/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-711/2025

24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-711/2025 24.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və X6 qarşı “aliment borcunun ödənilməsi və alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Mülki mübahisənin mahiyyəti İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay üç uşaq üçün kəsilən 360 (üç yüz altmış) manat pul məbləğində alimentin artırılaraq 738 (yeddi yüz otuz səkkiz) manat olması və övladı xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay kəsilən 160 (bir üz altmış) manat pul məbləğində aliment məbləğinin artırılaraq 246 (iki yüz qırx altı) manat olaraq ümumilikdə 984 (doqquz yüz səksən dörd) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 3296/2018-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla üç uşaq üçün ayda 360 (üç yüz altmış) manat pul məbləğində alimentin və həmçinin İmişli Rayon Məhkəməsinin 2(036)-1441/2019-cu il tarixli qətnaməsinə əsasən isə xx.xx.2019cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 (bir yüz altmış) manat pul məbləğində alimentin atası Cavabdeh tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qət edilmişdir. Qeyd edir ki, hal-hazırda uşaqlar böyüyüb və Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağların heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Özü tənha, işsiz xanımdır. Övladlarının tələbatlarını ödəməyə imkanı çatmır, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bu səbəbdən də İmişli Rayon Məhkəməsinin 2(036)- 3296/2018-ci il tarixli qətnaməsinə nəzərən üç uşaq üçün kəsilən 360 (üç yüz altmış) manat aliment məbləğinin artırılaraq 738 (yeddi yüz otuz səkkiz) manat və İmişli Rayon Məhkəməsinin 2(036)-1441/2019-cu il tarixli qətnaməsində bir uşaq üçün qeyd edilən 160 (bir yüz altmış) manat pul məbləğində alimentin 246 (iki yüz qırx altı) manata qədər artırılmasını istəmişdir. Məlumat üçün qeyd edir ki, cavabdeh qeyd edilən aliment məbləğini ödəmir. Sonradan İddiaçı iddia ərizəsinin MPM-in 53-cü maddəsinə əsasən dəqiqləşmə ərizəsi verərək, iddia ərizəsi əsasında İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-800/2017 saylı və xx.xx.2018-ci il tarixli, 2(036)-3296/2018 saylı və xx.xx.2019-cu il tarixli, 2(036)-441/2019 saylı bu gündə qüvvədə olan qətnamələri icra edilməməsi nəticəsində o və dörd azyaşlı övladlarına hazırki iş üzrə cavabdehlər Cavabdeh X1 41.800 (qırx bir min səkkiz yüz) manat pul vəsaitinin onların hesabından müştərək qaydada tutularaq, İddiaçı hesabına ödənilməsini, yetkinlik yaşına çatmayan dörd azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlıik yaşlarına çatanadək Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hər uşaq üçün nəzərdə tutlan minimum ehtiyac meyarı məbləğində 984 (doqquz yüz səksən dörd) manat sabit pul məbləğində hər ay Cavabdeh hesabından tutularaq İddiaçı hesabına ödənilməsini, cavabdeh X2 və onunla cinayət əlaqəsinə girərək onun tərəfindən Cavabdeh “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi əsasında xx.xx.2019-cu il tarixli, 2(036)-946/2019 saylı qətnamə qəbul edən hakim X12 barəsində MPM-in 265.4-cü maddəsinin tələbini əldə rəhbər tutub, xüsusi qərardad çıxarılaraq X5 münasibətdə prokurorluğa, hakim X9 münasibətdə isə Məhkəmə- Hüquq Şurasına göndərilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 106.1. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. 106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı: 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası: 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi: İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-3296/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment 13 noyabr 2018-ci il tarixdən başlayaraq tutulub, İddiaçı xeyrinə verilməsi, əlavə olaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət nəfinə verilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1441/2019 saylı qətnaməsindən görünür ki, tərəflərin qeyri-rəsmi nikahından xx.xx.2019-cu ildə anadan olmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancından xx.xx.2019-cu il tarixdən etibarən 160 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi və Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İmişli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-946/2019 saylı qətnaməsindən görünür ki, 28 avqust 1988-ci ildə İmişli rayonu, Xubyarlı kəndində anadan olmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)1444/2020 saylı qərardadından görünür ki, ərizəçi X2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab ediİməsi barədə ərizəsinə dair mülki iş üzrə stasionar məhkəmə - psixiatrik ekspertizası-təyin edilməsi, Ekspert qarşısında aşağıdakı sual qoyulması: xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh psixi vəziyyəti şəxsə öz hərəkətlərinin mənasını anlamaya və ya öz hərəkətlərini idarə etməyə imkan verirmi və o, fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanına bilərmi?, Ekspert rəyi alınanadək hazırki iş üzrə icraat dayandırılması, Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinə həvalə olunması, Ekspert bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsilə məsuliyyət daşıması barədə xəbərdar edilməsi və 2(106)-1444/2020 №-li mülki iş materialları ekspertə təqdim edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazrliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinə göndərilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. İddiaçının ərizəsi və iş materialları ilə müəyyən edilmişdir ki, alimentin artırılmasına dair hazırkı iddia tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə əlaqədar deyildir. Habelə, iddia tələbi alimentin indeksasiyasını nəzərdə tutan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməmişdir. İddia ərizəsindən və işin araşdırılan hallarından görünür ki, hazırki iddia tələbinin əsası minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artmasıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin aliment məbləğinin artılması hissəsinin əsasının minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin oluna bilməz. İddiaçı cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş və məhkəmə baxışı zamanı işin araşdırılan halları ilə cavabdehin ailə və maddi vəziyyətinin dəyişməsi (artması) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasının tələbindən göründüyü kimi qanunvericilik alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda icazə verir və bu dəyişikliyin baş verib-verməməsini sübut etmək vəzifəsi, alimentin artırılmasını tələb edən iddiaçının üzərinə düşür. Odur ki, iddiaçının yetkinlik yaşına çatmayan dörd azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlıik yaşlarına çatanadək Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hər uşaq üçün nəzərdə tutlan minimum ehtiyac meyarı məbləğində 984 (doqquz yüz səksən dörd) manat sabit pul məbləğində hər ay Cavabdeh hesabından tutularaq İddiaçı hesabına ödənilməsini tələbinə dair iddia ərizəsi əsassızdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-800/2017 saylı və xx.xx.2018-ci il tarixli, 2(036)-3296/2018 saylı və xx.xx.2019-cu il tarixli, 2(036)- 441/2019 saylı bu gündə qüvvədə olan qətnamələri icra edilməməsi nəticəsində o və dörd azyaşlı övladlarına hazırki iş üzrə cavabdehlər Cavabdeh X1 41.800 (qırx bir min səkkiz yüz) manat pul vəsaitinin onların hesabından müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə hesab edir ki, həmin tələb qanuni qüvvəyə minmiş qətnamənin icra edilməsi ilə bağlı məsələ olduğu üçün iddia icraatı qaydasında baxıla bilməz. İddiaçı icra mərhələsində yaranmış mübahisələrlə bağlı icra icraatı qaydasında icra məmurunun hərəkət və ya hərəkətsizliyindən (qərarlarından) şikayətlə məhkəmə müraciət edə bilər. Cavabdeh X2 və onunla cinayət əlaqəsinə girərək onun tərəfindən Cavabdeh “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi əsasında xx.xx.2019-cu il tarixli, 2(036)-946/2019 saylı qətnamə qəbul edən hakim X12 barəsində MPM-in 265.4-cü maddəsinin tələbini əldə rəhbər tutub, xüsusi qərardad çıxarılaraq X5 münasibətdə prokurorluğa, hakim X9 münasibətdə isə Məhkəmə-Hüquq Şurasına göndərilməsinə dair iddiasına isə müansibətdə məhkəmə qeyd edir ki, tələb əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, qeyd edilən maddənin də mənasından göründüyü kimi mülki işə baxan məhkəmənin qənaətinə görə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri mövcud olduqda xüsusi qərardad çıxarılır. Məhkəmə hesab edir ki, işə baxılarkən cavabdeh X2 barəsində xüsusi qərardadın qəbul olunması üçün əsaslar müəyyən edilməmiş və bu barədə iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsində və digər normativ-hüquqi aktlarda birinci instansiya məhkəməsinin hakiminin başqa birinci instansiya məhkəməsinin hakimin qərarlarına hüquqi qiymət vermək səlahiyyəti müəyyən edilməmişdir. Həmin Məcəllənin 394 maddəsinə əsasən 394.1-ci maddəsinə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir. Göründüyü kimi, 265-ci maddəsində digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla məhz prokurora xəbər verilməsinin təsbit edilməsi də, “digər şəxslər”in dairəsinə hakimlərin aid edilmədiyini təsdiq edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hakim X12 barəsində xüsusi qərardad çıxarılmaqla Məhkəmə-Hüquq Şurasına göndərilməsi barədə iddiasına – vəsatətinə hazırki icraat çərçivəsində baxılması mümkün olmadığı üçün həmin hissədə də iddia təmin edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar