Məhkəmə qərarları › İş №2(036)-740/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-740/2025

17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-740/2025 17.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı xx.xx.2018-ci il təvəllüdlü X1 tələbatlarını nəzərə alaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan 150 (yüz əlli) manat aliment məbləğinin artırılaraq 250 (iki yüz əlli) manat pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxılmadan iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərməklə məlumat versə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2025-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-in 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar