Məhkəmə qərarları › İş №2(036)-784/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-784/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-784/2021 28.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Kommersiya Bankı ASC Cavabdeh oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 7718rstBANK/19 saylı, 30 dekabr 2019-cu il tarixli Güzəştli Kredit və Bank Hesabı müqaviləsinə əsasən bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukzasiya olunan kredit borcunun 5024.31 (beş min iyirmi dörd, otuz bir) AZN qalıq məbləğini 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 (bir) % dərəcəsi tətbiq edilməklə, cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh oğlu hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh oğlu kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh oğlu banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh oğlunun 13 yanvar 2021-ci il tarixə banka 5023.10 (beş min iyirmi üç, on) AZN məbləğində əsas kredit borcu, 43.11 (qırx üç, on bir) AZN məbləğində faiz borcu və ümumilikdə 5066.21 (beş min altmış altı, iyirmi bir) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 5023.10 (beş min iyirmi üç, on) AZN məbləğində əsas kredit borcunun, 43.11 (qırx üç, on bir) AZN məbləğində faiz borcunun, ümumilikdə 5066.21 (beş min altmış altı, iyirmi bir) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı “xxxx” Kommersiya Bankı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh oğlu qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh oğlunun, o cümlədən, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 7718rstBANK/19 saylı, 30 dekabr 2019-cu il tarixli Güzəştli Kredit və Bank Hesabı müqaviləsindən görünür ki, bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukzasiya olunan kredit borcunun 5024.31 (beş min iyirmi dörd, otuz bir) AZN qalıq məbləğini 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 (bir) % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmışdır. İş materillarında olan 7718rstBANK/19 saylı, 30 dekabr 2019-cu il tarixli Güzəştli Kredit və Bank Hesabı müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu kredit borcunun 5024.31 (beş min iyirmi dörd, otuz bir) AZN qalıq məbləğini illik 1 (bir) %dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə hər ay vaxtıvaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan UB-BANK/PİKMD/934541 saylı, 13 yanvar 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh oğlunun kredit müqaviləsinə əsasən 13 yanvar 2021-ci il tarixə banka 5023.10 (beş min iyirmi üç, on) AZN məbləğində əsas kredit borcu, 43.11 (qırx üç, on bir) AZN məbləğində faiz borcu və ümumilikdə 5066.21 (beş min altmış altı, iyirmi bir) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD saylı, 02 sentyabr 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 13 yanvar 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZNməbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 7718rstBANK/19 saylı, 30 dekabr 2019-cu il tarixli Güzəştli Kredit və Bank Hesabı müqaviləsinə əsasən bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukzasiya olunan kredit borcunun 5024.31 (beş min iyirmi dörd, otuz bir) AZN qalıq məbləğini 60 (altmış) ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 (bir) % dərəcəsi tətbiq edilməklə, cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmış, Cavabdeh oğlu hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, Cavabdeh oğlu bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və onun kredit müqaviləsinə əsasən 13 yanvar 2021-ci il tarixə banka 5023.10 (beş min iyirmi üç, on) AZN məbləğində əsas kredit borcu, 43.11 (qırx üç, on bir) AZN məbləğində faiz borcu və ümumilikdə 5066.21 (beş min altmış altı, iyirmi bir) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 7718rstBANK/19 saylı, 30 dekabr 2019-cu il tarixli Güzəştli Kredit və Bank Hesabı müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh oğlundan 5023.10 (beş min iyirmi üç, on) AZN məbləğində əsas kredit borcu, 43.11 (qırx üç, on bir) AZN məbləğində faiz borcu, ümumilikdə 5066.21 (beş min altmış altı, iyirmi bir) AZN məbləğində məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 5023.10 (beş min iyirmi üç, on) AZN məbləğində əsas kredit borcu, 43.11 (qırx üç, on bir) AZN məbləğində faiz borcu, ümumilikdə 5066.21 (beş min altmış altı, iyirmi bir) AZN məbləğində məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar