Məhkəmə qərarları › İş №2(036)-8/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-8/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-8/2024 09.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh və Zamin 1285.84 manat əsas borc, 60.05 manat faiz borcu, 1279.27 manat cərimə, 281.70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3995 nömrəli kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 30 faizlə 18 ay müddətinə 3200 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2013-cü il tarixli 3995 nömrəli Zaminlik müqaviləsinə əsasən Ağacanlı X2 Adilə Novruz qızı ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3995 nömrəli kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilnə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan Kreditin ödənmə cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 3200 manat kredit məbləğini cəmi 813 manat faizlə birlikdə ayda 222.94 ödəməklə xx.xx.2013cü il tarixdən xx.xx.2015-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 3995 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş 1285.84 manat əsas borc, 60.05 manat faiz borcu, 1279.27 manat cərimə və 281.70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra əlavə faiz hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci ilin fevral ayının 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə- 1 ABŞ dollarına 0,25 manat (0,12 ABŞ dolları) kimi (1.1); 2015-ci ilin fevral ayının 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə , bu Fərman qüvvəyə mindiyi günə AR MB-nın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilir. Fərmanın 5.1-ci bəndində göstərilmişdir ki, bu Fərmanın qüvvəyə mindiyi tarixə xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə fiziki şəxslərin keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə AR MBNP-nin müraciəti əsasında, banklara 382.000.000,0 manat məbləğinədək dövlət zəmani ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilir. Fərmanın 6.2-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Fərmanın 8.8-ci bəndində göstərilmişdir ki, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə AR MB tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki faizlərn silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və və dəbbə pulunun silinməsi nəzərdə tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixdə bitdiyindən Zaminliyinə xitam verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə yaranmış borcu restrukturizasiya olunduqundan ondan 1285.84 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 1285.84 (bir min iki yüz səksən beş manat səksən dörd qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar