Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-81/2022 26.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qıznın katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2998 manat 09 qəpik əsas borc, 520 manat 03 qəpik faiz borcu olmaqla, cəmi 3518 manat 12 qəpik borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nın xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(036)-6741/2015 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin məhkəmə əmrinə yazılı etiraz edərək məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin 05 may 2016-cı il tarixli 2(036)-6741/2015 saylı qərardadı ilə etiraz təmin olunmamışdır. Cavabdeh 05 may 2016-cı il tarixli 2(036)-6741/2015 saylı qərardaddan şikayət verərək onun ləğv edilməsini və 10 dekabr 2015-ci il tarixli 2(036)-6741/2015 saylı məhkəmə əmrinin ləğv edilməklə işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli rayon məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(036)-6741/2015 saylı qərardadı ilə 05 may 2016-cı il tarixli 2(036)-6741/2015 saylı qərardadı ləğv edilmiş, 10 dekabr 2015-ci il tarixli 2(036)-6741/2015 saylı məhkəmə əmrinin ləğv edilməsi barədə etiraz təmin edilmiş və işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2014-cü il tarixli, 14035-/121704 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 25% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2014-cü il tarixli, 14035-/121704 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 25% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan 30 noyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 iyul 2014-cü il tarixli, 14035-/121704 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas borcu 2998,09 manat, faiz borcu 520,03 manat təşkil edir. İşə əlavə edilmiş məhkəmə ekspertizasının 25 fevral 2022-ci il tarixli, 4/119 saylı rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş, 2(036)-81/2022 nömrəli mülki işin 40-41-ci vərəqələrində olan 23 iyul 2014-cü il tarixli, 14035-/121704 saylı kredit müqaviləsinin 1-ci səhifəsinin arxa hissəsindəki imza, 2-ci səhifəsində “Borcalan” qrafasında imza və 23 iyul 2014-cü il tarixli ərizədə “imza” qrafasında yazılar və imza – Cavabdeh tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, Cavabdeh 40-41-ci vərəqələrində olan 23 iyul 2014-cü il tarixli, 14035-/121704 saylı kredit müqaviləsinin 1-ci səhifəsinin arxa hissəsindəki imza, 2-ci səhifəsində “Borcalan” qrafasındakı imza və 23 iyul 2014-cü il tarixli ərizədə “imza” qrafasındakı imza - qəsdən dəyişdirməklə icra olunma əlamətləri müşahidə olunmadı. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər, hazırda onların iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, məhkəmə əmrinə etiraz etmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23 iyul 2014-cü il tarixli, 14035-/121704 saylı kredit müqaviləsi üzrə 2998 manat 09 qəpik əsas borc, 520 manat 03 qəpik faiz borcu olmaqla, cəmi 3518 manat 12 qəpik borc və 20 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, əlavə olaraq 10 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 23 iyul 2014-cü il tarixli, 14035-/121704 saylı kredit müqaviləsi üzrə 2998 manat 09 qəpik əsas borc, 520 manat 03 qəpik faiz borcu olmaqla, cəmi 3518 manat 12 qəpik borc və 20 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Əlavə olaraq Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq Dövlət büdsəcinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatının dəyəri, 124 manat məbləğində pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.МЕМ, VÖEN **********, Hesab № АZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Qurban Hacıyev