Məhkəmə qərarları › İş №2(036)-816/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-816/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-816/2021 07.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)-816/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ İmişli Rayon Məhkəməsi 07 may 2021-ci il İmişli şəhəri Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Aranlı kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Cavabdeh onun həmkəndlisidir. 15 oktyabr 2020-ci il tarixdə Suvarağa ona xüsusi müliyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 6.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2400 (iki min dörd yüz) AZN məbləğinə satmaq istədiyini bildirmişdir. O da Suvarağaya inandığı üçün ona 2400 (iki min dörd yüz) AZN məbləğində pul verib, həmin torpaq sahəsini almışdır. Lakin mübahisə predmeti olan həmin torpaq sahəsinə notarial qaydada “alğı-satqı” müqaviləsi bağlanmamışdır. Daha sonra eşitmişdir ki, Cavabdeh həmin torpaq sahəsini başqa şəxsə 2800 (iki min səkkiz yüz) AZN məbləğinə satmışdır. Vəziyyətin belə olduğunu görüb, o, Cavabdeh dəfələrlə mübahisə predmeti olan həmin torpaq sahəsinə görə ona ödənilmiş 2400 (iki min dörd yüz) AZN məbləğində pulun geri qaytarılmasını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 2400 (iki min dörd yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Aranlı kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. İddiaçı onun həmkəndlisidir. Eyni zamanda qeyd edir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, 2020-ci ilin oktyabr ayında onların arasında xüsusi mülkiyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 0.30 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1000 (min) AZN məbləğində icarə haqqı ödəmək şərti ilə 5 (beş) il müddətinə İddiaçı icarəsinə verilməsi barədə qarşılıqlı şifahi razılıq əldə edilmişdir. İddiaçı həmin torpaq sahəsinə görə ona beh olaraq 100 (yüz) AZN məbləğində pul vermişdir. Daha sonra, onların arasında razılıq baş tutmadığı üçün o, beh olaraq verilmiş 100 (yüz) AZN məbləğində pulu İddiaçı geri qaytarmışdır. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “pul” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsasıl olduğu üçün təmin edilməlidir. İş materiallarında olan ********* saylı, 08 fevral 20121-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh tanıyır. Belə ki, İddiaçı onun əmisinin oğlu, Cavabdeh isə onun həmkəndlisidir. 2020-ci ilin oktyabr ayında Əbülfət kişi ona demişdir ki, Bəxtiyar xüsusi müliyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 6.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2400 (iki min dörd yüz) AZN məbləğinə satmaq istəyir və o da həmin torpaq sahəsini 2400 (iki min dörd yüz) AZN məbləğinə almağa razıdır. 2020-ci ilin oktyabr ayının ortalarında axşamüstü onun iştirakı ilə yaşadıqları İmişli rayonu, Aranlı kəndinin mərkəzində 1800 (min səkkiz yüz) AZN məbləğində pulu İddiaçı şəxsən Cavabdeh vermişdir. Eyni zamanda bildirir ki, 1800 (min səkkiz yüz) AZN məbləğində pul 18 (on səkkiz) ədəd 100 (yüz) manat pul əskinasından ibarət olmuşdur. Daha sonra eşitmişdir ki, Cavabdeh həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun atası, Cavabdeh isə onun həmkəndlisidir. 15 oktyabr 2020-ci il tarixdə Bəxtiyar atası Əbülfət kişiyə xüsusi müliyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 6.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2400 (iki min dörd yüz) AZN məbləğinə satmaq istədiyini bildirmişdir. Atası Əbülfət kişi də Bəxtiyara inandığı üçün ona 2400 (iki min dörd yüz) AZN məbləğində pul verib, həmin torpaq sahəsini almışdır. Daha sonra eşitmişdir ki, Cavabdeh həmin torpaq sahəsini başqa şəxsə 2800 (iki min səkkiz yüz) AZN məbləğinə satmışdır. Vəziyyətin belə olduğunu görüb, atası Əbülfət kişi Bəxtiyardan bir neçə dəfə mübahisə predmeti olan həmin torpaq sahəsinə görə ona ödənilmiş 2400 (iki min dörd yüz) AZN məbləğində pulun geri qaytarılmasını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda bildirir ki, birinci dəfə həmin torpaq sahəsinə görə İmişli rayonu, Aranlı kəndində İddiaçı həmkəndlisi X4 yanında Cavabdeh 1800 (min səkkiz yüz) AZN məbləğində pul vermişdir. Daha sonra, ikinci dəfə 23 oktyabr 2020-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində şəxsən özü atası Əbülfət kişidən aldığı 500 (beş yüz) AZN məbləğində pulu Cavabdeh vermişdir. Bir müddət atası Əbülfət kişi İmişli rayonunda olmadığı və özü işdə olduğu üçün ödənilməmiş qalıq 100 (yüz) AZN məbləğində pulu tanışları X1 vasitəsi ilə Bəxtiyara verilmişdir. Ümumiyyətlə, mübahisə predmeti olan həmin torpaq sahəsinin “alğı-satqı”sına görə İddiaçı tərəfindən ayrı-ayrı tarixlərdə ümumilikdə 2400 (iki min dörd yüz) AZN məbləğində pul Cavabdeh ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh tanıyır. Belə ki, həm İddiaçı, həm də Cavabdeh onun həmkəndlisidirlər. 2020-ci ilin oktyabr ayında Əbülfət kişi ona demişdir ki, Bəxtiyar xüsusi müliyyətində olan İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən 6.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2400 (iki min dörd yüz) AZN məbləğinə satmış, lakin onun Bəxtiyara 100 (yüz) AZN məbləğində pul borcu qalmışdır. Əbülfət kişi ona zəng edərək, demişdir: “100 (yüz) AZN məbləğində pulu Bəxtiyara ver və de ki, bu pulu həmin torpaq sahəsinə görə mən vermişəm.” O da 100 (yüz) AZN məbləğində pulu Bəxtiyara verib demişdir: “Bu pulu Əbülfət kişi torpaq sahəsinə görə sənə vermişdir.” Bəxtiyar da həmin 100 (yüz) AZN məbləğində pulu ondan qəbul etmiş, hətta həmin vaxt bu barədə Əbülfət kişi ilə də mobil telefon vasitəsilə əlaqə saxlanılmışdır. Sonradan eşitmişdir ki, Cavabdeh həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk əvvəl hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı Cavabdeh qarşı “pul” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olubolmaması; 2. Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına əmlak (2400 (iki min dörd yüz) AZN məbləğində pul vəsaiti) əldə edib-etməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əsassız varlanma”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə hesab edir ki, “varlanmış şəxs” Cavabdeh hüquqi əsas olmadan və ya həyata keçirilməmiş əsasə görə “məhrum olan” İddiaçı hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün İddiaçı Cavabdeh qarşı pul məbləğinin geri qaytarılması məqsədi ilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar, yəni mülki işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, o, iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bundan başqa, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halları məhkəmə iclasında məhz iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh ilk iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı əsassız varlanmaya görə pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədi ilə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh hüquqi əsas olmadan və ya həyata keçirilməmiş əsasə görə İddiaçı hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bildiyi və eləcə də, bu hal məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh 2400 (iki min dörd yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Tərlan Nüsrətov

Düzdür: Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar