Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-857/2021 17.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Cavabdehlər: Cavabdeh və Zamin iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış 055A**********0 saylı, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2200 (iki min iki yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və Zamin banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və Zamin 12 yanvar 2021-ci il tarixə banka 2125.53 (iki min yüz iyirmi beş, əlli üç) AZN məbləğində əsas kredit borcu, 367.94 (üç yüz altmış yeddi, doxsan dörd) AZN məbləğində faiz borcu, 596.49 (beş yüz doxsan altı, qırx doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3089.96 (üç min səksən doqquz, doxsan altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2125.53 (iki min yüz iyirmi beş, əlli üç) AZN məbləğində əsas kredit borcunun, 367.94 (üç yüz altmış yeddi, doxsan dörd) AZN məbləğində faiz borcunun, 596.49 (beş yüz doxsan altı, qırx doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3089.96 (üç min səksən doqquz, doxsan altı) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə bağlanmış 055A**********0 saylı, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədi ilə aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2200 (iki min iki yüz) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. Onu da qeyd edir ki, o, kredit müqaviləsinə əsasən hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, o, kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun tam ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Eyni zamanda bildirir ki, hal-hazırda kredit müqaviləsinə əsasən hesablanmış faiz və dəbbə pulu borcunun məbləği yüksək olduğu üçün iddia tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləğinin azaldılaraq, İddiaçı QSC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Zamin iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Cavabdeh bağlanmış 055A**********0 saylı, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2200 (iki min iki yüz) AZN məbləğində kredit verilmişdir. Bundan başqa, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq onun ilə İddiaçı QSCnin “Sabirabad” filialı arasında 055G**********01 saylı, 06 fevral 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən o, “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “borclu” ilə eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyır. Onu da qeyd edir ki, Cavabdeh oğlu kredit müqaviləsinə əsasən hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirilmişdir. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün cəmiyyətin xeyrinə kredit borcunun tam ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində cəmiyyətə olan kredit borcunu tam şəkildə ödəyəcəkdir. Eyni zamanda bildirir ki, hal-hazırda kredit müqaviləsinə əsasən hesablanmış faiz və dəbbə pulu borcunun məbləği yüksək olduğu üçün iddia tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləğinin azaldılaraq, İddiaçı QSC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı QSC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Sabirabad” filialı ilə cavabdeh X2 arasında bağlanmış 055A**********0 saylı, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2200 (iki min iki yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 fevral 2020-ci il tarixli kreditin verilməsi-köçürmədən (kassa məxaric orderi) görünür ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə cavabdeh X2 arasında bağlanmış 055A**********0 saylı, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 2200 (iki min iki yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin “Sabirabad” filialı ilə cavabdeh Zamin arasında bağlanmış 055G**********01 saylı, 06 fevral 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Zamin bank qarşısında “zamin” durmuşdur. İş materillarında olan 055A**********0 saylı, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2200 (iki min iki yüz) AZN məbləğində kredit borcunu aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 2411 saylı, 29 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 12 yanvar 2021-ci il tarixə banka 2125.53 (iki min yüz iyirmi beş, əlli üç) AZN məbləğində əsas kredit borcu, 367.94 (üç yüz altmış yeddi, doxsan dörd) AZN məbləğində faiz borcu, 596.49 (beş yüz doxsan altı, qırx doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3089.96 (üç min səksən doqquz, doxsan altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 28519 və 28441 saylı, 25 dekabr 2020-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, cavabdehlər Cavabdeh və Zamin hər biri ayrıayrılıqda İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********* saylı, 29 yanvar 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə X2 arasında bağlanmış 055A**********0 saylı, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə aylıq 2 % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 2200 (iki min iki yüz) AZN məbləğində kredit verilmiş və Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə cavabdeh Zamin arasında bağlanmış 055G**********01 saylı, 06 fevral 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, cavabdeh Zamin bank qarşısında “zamin” durmuş və zaminlik müqavilələrinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, cavabdehlər hər biri ayrı-ayrılıqda banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və kredit müqaviləsinə əsasən 12 yanvar 2021-ci il tarixə banka 2125.53 (iki min yüz iyirmi beş, əlli üç) AZN məbləğində əsas kredit borcu, 367.94 (üç yüz altmış yeddi, doxsan dörd) AZN məbləğində faiz borcu, 596.49 (beş yüz doxsan altı, qırx doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 3089.96 (üç min səksən doqquz, doxsan altı) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “596.49 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı QSC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 596.49 (beş yüz doxsan altı, qırx doqquz) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “596.49 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə cavabdehlər Cavabdeh və Zamin arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2125.53 (iki min yüz iyirmi beş, əlli üç) AZN məbləğində əsas kredit borcu, 367.94 (üç yüz altmış yeddi, doxsan dörd) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 2543.47 (iki min beş yüz qırx üç, qırx yeddi) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2125.53 (iki min yüz iyirmi beş, əlli üç) AZN məbləğində əsas kredit borcu, 367.94 (üç yüz altmış yeddi, doxsan dörd) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 2543.47 (iki min beş yüz qırx üç, qırx yeddi) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-857/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-857/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver