Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-866/2021 21.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Milli Televiziya və Radio Şurasından TR 057 №-li, 07 may 2005-ci il tarixli və TR 066 №-li, 07 may 2012-ci il tarixli lisenziyalar almışdır. Bu məqsəd ilə İddiaçı MMC Sumqayıt şəhərində kabel şəbəkəsi qurub və vətəndaşların fərdi mənzillərinə kabel televiziyasının yayımlanması üçün onlarla müqavilə əsasında kabel xətləri çəkir. Son zamanlar Sumqayıt şəhərində ə bir neçə vətəndaş İddiaçı MMC ilə müqavilə bağlamadan “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır. Məlum olmuşdur ki, Sumqayıt şəhəri, 13-cü mkr., ev 61, 4 saylı mənzil Cavabdeh məxsusdur. 11 mart 2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları ünvan 1 ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və bu barədə 0320 S saylı akt tərtib edilmişdir. Həmin ünvanda son baxış 10 sentyabr 2013-cü il tarixdə keçirilmişdir. Belə ki, 10 sentyabr 2013-cü il tarixdə şəbəkədən ayrıldığı tarixdən etibarən 11 mart 2014-cü il tarixədək, yəni qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu tarixədək olan müddət 182 (yüz səksən iki) gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün abunə haqqının 30 (otuz) qəpik olmasını nəzərə alaraq, müqavilə bağlanmadan kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə abunə haqqı qismində dəymiş maddi zərərin həcmi 60.06 (altmış, sıfır altı) AZN məbləği təşkil edir. İddiaçı MMC tərəfindən "xxxx" hüquq firmasına hüquqi xidmətlərin göstərilməsinə görə ödənilən məbləğ 50 (əlli) AZN məbləğində təşkil etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 60.06 (altmış, sıfır altı) AZN məbləğində dəymiş maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 50 (əlli) AZN məbləğində hüquqi yardım haqqının və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumunun, ümumilikdə 130.46 (yüz otuz, qırx altı) AZN məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh, o cümlədən, İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 15 saylı Mənzil Kommunal İstismar Sahəsinin 174 saylı, 04 oktyabr 2018-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr., ev 61, 4 saylı mənzili sahibi Cavabdehdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 0320 S saylı, 11 mart 2014cü il tarixli aktın surətindən görünür ki, 11 mart 2014-cü il tarixdə ünvan 1 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman həmin mənzilin sakini tərəfindən “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma faktı aşkar edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" MMC İddiaçı MMC-yə hüquqi xidmətlər göstərir. İş materiallarında olan 86 saylı, 03 fevral 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardım haqqı olaraq 50 (əlli) AZN məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan ********* saylı, 03 fevral 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mkr., ev 61, 4 saylı mənzili sahibi Cavabdehdır, 11 mart 2014-cü il tarixdə ünvan 1 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman həmin mənzilin sakini tərəfindən “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma faktı aşkar edilmişdir. Bundan başqa, İddiaçı MMC ilə "xxxx" MMC arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış və İddiaçı MMC tərəfindən hüquqi yardım haqqı olaraq 50 (əlli) AZN məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmaqla mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı MMC-yə maddi zərər vurduğu üçün iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 60.06 (altmış, sıfır altı) AZN məbləğində pul, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 50 (əlli) AZN məbləğində hüquqi yardım haqqı, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu və ümumilikdə 130.46 (yüz otuz, qırx altı) AZN məbləğində pul tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 60.06 (altmış, sıfır altı) AZN məbləğində pul, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 50 (əlli) AZN məbləğində hüquqi yardım haqqı və iddia qaldırılması üçün ödənilmiş 20.40 (iyirmi, qırx) AZN məbləğində dövlət rüsumu, ümumilikdə 130.46 (yüz otuz, qırx altı) AZN məbləğində pul tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-866/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-866/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver