Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-9/2023 18.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kredit müqavıləsi üzrə borc tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh kredit müqaviləsinə əsasən 1045.17 manat əsas borc, 150.61 manat faiz borcu və 104.52 manat penya borcu olmaqla, cəmi 1300.30 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 035CASA132560010 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 32% olmaqla, 24 ay müddətində 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədə göstərildiyi kimi ödəniş cədvəlinə uyğun olaraq mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir.
3. İş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 035CASA132560010 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 32% olmaqla, 24 ay müddətində 3000 manat məbləğində kredit verilmişdir.
4. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh ödəniş cədvəlinə uyğun olaraq mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir.
5. İddiaçı-nin xx.xx.2015-ci il tarixli arayışı ilə müəyyən olur ki, Cavabdeh həmin tarixə İddiaçı-yə 1045.17 manat əsas borc, 150.61 manat faiz borcu və 104.52 manat penya borcu olmaqla, cəmi 1300.30 manat məbləğində borcu yaranmışdır. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı-nin nümayəndəsi X5 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
11. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
12. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
13. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
14. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
15. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
16. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
17. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
29. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
30. Belə ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 035CASA132560010 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 32% olmaqla, 24 ay müddətində 3000 manat məbləğində kredit verilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1028/2023 saylı qərarı ilə müəyyən olur ki, İddiaçı cavabdehlər X7, X16 və X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12415,07 ABŞ dolları əsas, 1447,72 ABŞ dolları faiz, 1241,51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15104,30 ABŞ dolları (Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmiş və iddia rədd edilmişdir.
32. İş materialları ilə müəyyən olur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə Bankın İmişli filialının direktoru vəzifəsində işləmiş X10 və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, müxtəlif cəzalara məhkum edilmişlər. Həmin hökmlə Bankın mülki iddiası təmin olunaraq təqsirləndirilən şəxslər X2 165268 manat, X3 99824,3 manat, X6 13410 manat və X8 29434 manat alınaraq Banka ödənilməsi hökm edilmişdir.
33. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarı ilə məhkum edilmiş şəxslər Əlizamin Şükürov və Samir İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən məhkum olunmuş şəxslər X9 və X11 münasibətdə dəyişdirilmiş, hökm apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən qalan hissədə və məhkum olunmuş şəxslər X10, X17, X19, X20, X12 və X13 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
34. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, İddiaçı-nin İmişli filialının direktoru vəzifəsində işləmiş X10 öz qulluq mövqeyindən istifadə edərək tanışı X15 ilə əlbir olub cinayət əlaqəsinə girərək, Bankın ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Samir İsmayılovla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Samir İsmayılovun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırki iş üzrə Cavabdeh adına xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3000 manat kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454365,85 manat vəsaiti adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Samir İsmayılovla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, Bankın ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar.
35. Beləliklə, qanuni qüvvəyə məhkəmə hökmü ilə müəyyən olunmuş hallara əsasən belə nəticəyə gəlmək olur ki, Cavabdeh ilə kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bankın vəzifəli şəxsi olmuş X4 və qeyrilərinin cinayət əməlini həyata keçirməyə kömək məqsədilə, görünüş üçün bağlanmışdır.
36. Bu səbəbdən, Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən iddiaçının hazırki tələbinin əsaslandığı əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsızdır. Odur ki, həmin müqavilə üzrə kassatorun hər hansı öhdəliklərinin yaranması istisna olunduğundan iddia təmin oluna bilməz.
37. Eyni zamanda qeyd olunmalıdır ki, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış İddiaçı-nin mülki iddiası təmin olunmuş və cinayət nəticəsində onun məhrum olduğu əmlakın, o cümlədən hazırki iş üzrə cavabdehlə rəsmiləşdirilmiş və yuxarıda qeyd olunan mövqeyə görə etibarsız olan kredit müqaviləsi üzrə tələb olunan məbləğin həmin cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərdən tutularaq Banka ödənilməsi qərara alınmışdır.
38. Məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev