Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-907/2021 21.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış LD/********** saylı, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 34 % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 16 may 2016-cı il tarixə cəmiyyətə 2216 (iki min iki yüz on altı) AZN məbləğində əsas kredit borcu, 307.55 (üç yüz yeddi, əlli beş) AZN məbləğində faiz borcu, 222 (iki yüz iyirmi iki) AZN məbləğində cərimə borcu, 13.23 (on üç, iyirmi üç) AZN məbləğində sığorta ödənişi borcu və ümumilikdə 2758.78 (iki min yeddi yüz əlli səkkiz, yetmiş səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Bütün bunları nəzərə alaraq, Cavabdeh qızından 2216 (iki min iki yüz on altı) AZN məbləğində əsas kredit borcunun, 307.55 (üç yüz yeddi, əlli beş) AZN məbləğində faiz borcunun, 222 (iki yüz iyirmi iki) AZN məbləğində cərimə borcunun, 13.23 (on üç, iyirmi üç) AZN məbləğində sığorta ödənişi borcunun, ümumilikdə 2758.78 (iki min yeddi yüz əlli səkkiz, yetmiş səkkiz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış LD/********** saylı, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh illik 34 % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 3 saylı, 14 noyabr 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış LD/********** saylı, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh nağd pul şəklində 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 may 2016-ci il tarixə cəmiyyətə 2216 (iki min iki yüz on altı) AZN məbləğində əsas kredit borcu, 307.55 (üç yüz yeddi. əlli beş) AZN məbləğində faiz borcu, 222 (iki yüz iyirmi iki) AZN məbləğində cərimə borcu, 13.23 (on üç, iyirmi üç) AZN məbləğində sığorta ödənişi borcu və ümumilikdə 2758.78 (iki min yeddi yüz əlli səkkiz, yetmiş səkkiz) AZN məbləğində kredit borcu mövcudur. İş materiallarında olan ********* saylı, 26 yanvar 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin “İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış LD/********** saylı, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 34 % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmiş və kredit müqaviləsinə əsasən 16 may 2016-ci il tarixə cəmiyyətə 2216 (iki min iki yüz on altı) AZN məbləğində əsas kredit borcu, 307.55 (üç yüz yeddi. əlli beş) AZN məbləğində faiz borcu, 222 (iki yüz iyirmi iki) AZN məbləğində cərimə borcu, 13.23 (on üç, iyirmi üç) AZN məbləğində sığorta ödənişi borcu və ümumilikdə 2758.78 (iki min yeddi yüz əlli səkkiz, yetmiş səkkiz) AZN məbləğində kredit borcu mövcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “222 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 222.00 (iki yüz iyirmi iki) AZN məbləğində cərimə borcu 20 (iyirmi) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “222 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin “İmişli” filialı Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 2216 (iki min iki yüz on altı) AZN məbləğində əsas kredit borcu, 307.55 (üç yüz yeddi, əlli beş) AZN məbləğində faiz borcu, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, 13.23 (on üç, iyirmi üç) AZN məbləğində sığorta ödənişi borcu, ümumilikdə 2556.78 (iki min beş yüz əlli altı, yetmiş səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2216 (iki min iki yüz on altı) AZN məbləğində əsas kredit borcu, 307.55 (üç yüz yeddi. əlli beş) AZN məbləğində faiz borcu, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, 13.23 (on üç, iyirmi üç) AZN məbləğində sığorta ödənişi borcu, ümumilikdə 2556.78 (iki min beş yüz əlli altı, yetmiş səkkiz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-907/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-907/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver