Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-916/2021 07.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin Hümbətali oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin Hümbətali oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış GTZK1712894A188 saylı, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 2500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq digər cavabdeh Zamin cəmiyyət qarşısında “zamin” durmuşdur. Belə ki, “borclu” cəmiyyət qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və Zamin banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh və Zamin 10 fevral 2021-ci il tarixə banka 2408.87 (iki min dörd yüz səkkiz, səksən yeddi) AZN məbləğində əsas kredit borcu, 661.29 (altı yüz altmış bir, iyirmi doqquz) AZN məbləğində faiz borcu və ümumilikdə 3070.16 (üç min yetmiş, on altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2408.87 (iki min dörd yüz səkkiz, səksən yeddi) AZN məbləğində əsas kredit borcunun, 661.29 (altı yüz altmış bir, iyirmi doqquz) AZN məbləğində faiz borcunun, ümumilikdə 3070.16 (üç min yetmiş, on altı) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh və Zamin Hümbətali oğlu qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və Zamin Hümbətali oğlunun, o cümlədən, İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış GTZK1712894A188 saylı, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 2500 (min beş yüz) AZN məbləğində kredit verilmiş və Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, digər cavabdeh Zamin oğlu cəmiyyət qarşısında “zamin” durmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 18 dekabr 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış GTZK1712894A188 saylı, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 2500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan GTZK1712894A188 saylı, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2500 (min beş yüz) AZN məbləğində kredit borcunu illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 135000/155 saylı, 16 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 10 fevral 2021-ci il tarixə banka 2408.87 (iki min dörd yüz səkkiz, səksən yeddi) AZN məbləğində əsas kredit borcu, 661.29 (altı yüz altmış bir, iyirmi doqquz) AZN məbləğində faiz borcu və ümumilikdə isə 3070.16 (üç min yetmiş, on altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 16/12990 saylı, 30 iyun 2020-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh və Zamin hər biri ayrı-ayrılıqda İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********* saylı, 15 fevral 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə Cavabdeh arasında bağlanmış GTZK1712894A188 saylı, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 28 (iyirmi səkkiz) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 2500 (min beş yüz) AZN məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu banka ödəməyi öz üzərinə öhdəlik götürmüş, İddiaçı ASC-nin “Cəbrayıl” filialı digər cavabdeh Zamin arasında bağlanmış GTZK1712894A188 saylı, 18 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq, Zamin bank qarşısında “zamin” durmuş və zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyır. Bundan başqa, Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan bank qarşısında olan öhdəliklərini tam icra etməmiş, cavabdehlər hər biri ayrı-ayrılıqda banka olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmiş və kredit müqaviləsinə əsasən 10 fevral 2021-ci il tarixə banka 2408.87 (iki min dörd yüz səkkiz, səksən yeddi) AZN məbləğində əsas kredit borcu, 661.29 (altı yüz altmış bir, iyirmi doqquz) AZN məbləğində faiz borcu və ümumilikdə 3070.16 (üç min yetmiş, on altı) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Cəbrayıl” filialı ilə cavabdehlər Cavabdeh və Zamin Hümbətali oğlu arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin Hümbətali oğlundan müştərək qaydada 2408.87 (iki min dörd yüz səkkiz, səksən yeddi) AZN məbləğində əsas kredit borcu, 661.29 (altı yüz altmış bir, iyirmi doqquz) AZN məbləğində faiz borcu, ümumilikdə 3070.16 (üç min yetmiş, on altı) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin Hümbətali oğlundan müştərək qaydada 2408.87 (iki min dörd yüz səkkiz, səksən yeddi) AZN məbləğində əsas kredit borcu, 661.29 (altı yüz altmış bir, iyirmi doqquz) AZN məbləğində faiz borcu, ümumilikdə 3070.16 (üç min yetmiş, on altı) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-916/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-916/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver