Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-971/2022 26.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 749 (yeddi yüz qırx doqquz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o sahibkarlıq fəalliyyəti ilə məşğul olur. İmişli şəhəri, Qaradonlu Kürdəmir dolama yolunun sol hissəsində (İmişli İdman kompleksi ilə üzbəüz) yerləşən “Yağmur mebel” mağazasının müdiridir. Həmin mebel mağazasında müxtəlif çeşiddə mebellərin satışı ilə məşğul olur. 15 aprel 2020-ci il tarixdə İmişli rayon sakini Cavabdeh mağazadan 1125 manat dəyərində “Alvan” markalı künc divanı dəsti götürmüş, həmin mebelin dəyərindən 376 manat ödəniş etmiş, qalıq 749 manat borcu ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Lakin yaxın qısa müddət ərzində borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15 aprel 2020-ci il tarixli, N01 saylı alqı-satqı müqaviləsi üzrə 749 (yeddi yüz qırx doqquz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15 aprel 2020-ci il tarixli, N01 nömrəli alqı-satqı müqaviləsi üzrə 749 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 779 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 aprel 2020-ci il tarixli, N01 nömrəli alqı-satqı müqaviləsi üzrə 749 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 779 (yeddi yüz yetmiş doqquz) manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-971/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-971/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver