Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-985/2024 27.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1331.82 manat məbləğində pulun və 34.40 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü il tarixdə BOKT "xxxx" MMC-dən 1000 manat məbləğində kredit götürmuş, İddiaçı da ona zamin durduğu üçün həmin tarixdə bankla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan cavabdeh krediti ödəmədiyindən BOKT "xxxx" MMC məhkəmədə pul tələbi barədə iddia qaldımış və İmişli Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli. 2(036)-4090/2015 saylı məhkəmə əmrinə əsasən bankın tələbi təmin edilmişdir. Cavabdehin banka olan borcunun ödənilməsi zamin olduğu üçün icra məmuru tərəfindən iddiaçının əmək haqqına yönəldilmişdir. Onun əmək haqqından ümumilikdə 1331.82 (1226 manat əsas borc, 20 manat məhkəmə rüsumu və 85.82 manat icra ödənişi) manat tutularaq BOKT "xxxx" MMC-yə köçürümüş və bundan sonra o, cavabdehdən onun borcuna görə əmək haqqından tutulan pulu istəsə də cavabdeh həmin pulu geri qaytarmamışdır.
3. İmişli Rayon Məhkəməsinin 2(036)-4090/2015 saylı, 15 sentyabr 2015-ci il tarixli əmri ilə müəyyən olunur ki, BOKT "xxxx" MMC borclular X1 və İddiaçı müştərək qaydada 927.72 manat əsas borc, 110.77 manat faiz borcu, 181 manat cərimə, 6.51 manat sığorta haqqı olmaqla, cəmi 1226 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutulub tələbkar BOKT "xxxx" MMC-nin hesabına köçürülməlidir.
4. İş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, İddiaçı əmək haqqından ümumilikdə 1331.82 (1226 manat əsas borc, 20 manat məhkəmə rüsumu və 85.82 manat icra ödənişi) manat məbləğində borc müvafiq qaydada BOKT "xxxx" MMCnin xeyrinə tutulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində heç bir məlumat verilməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
8. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
10. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
11. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
12. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
13. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
14. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.
15. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
21. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
22. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh 2014-cü il tarixdə BOKT "xxxx" MMC-dən 1000 manat məbləğində kredit götürmuş, İddiaçı da ona zamin durduğu üçün həmin tarixdə bankla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan cavabdeh krediti ödəmədiyindən BOKT "xxxx" MMC məhkəmədə pul tələbi barədə iddia qaldımış və İmişli Rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli. 2(036)-4090/2015 saylı məhkəmə əmrinə əsasən bankın tələbi təmin edilmişdir. Cavabdehin banka olan borcunun ödənilməsi zamin olduğu üçün icra məmuru tərəfindən iddiaçının əmək haqqına yönəldilmişdir. Onun əmək haqqından ümumilikdə 1331.82 (1226 manat əsas borc, 20 manat məhkəmə rüsumu və 85.82 manat icra ödənişi) manat tutularaq BOKT "xxxx" MMCyə köçürümüş və bundan sonra o, cavabdehdən onun borcuna görə əmək haqqından tutulan pulu istəsə də cavabdeh həmin pulu geri qaytarmamışdır.
23. Əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-nin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər.
25. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-nin 470- 477-ci maddələri ilə tənzimlənir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
27. Azərbaycan Respublkası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Göründüyü kimi İddiaçı zamin kimi çıxış etdiyi müqavilə üzrə subsidiar məsuliyyət daşıdığı öhdəliyi tam icra edərək, əsas borclu Cavabdeh icra edilmiş öhdəlik üzrə 1331.82 manatı tələb etməkdə haqlı olmuşdur.
28. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1331.82 manat məbləğində pul və 34.40 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilsin. Cavabdeh 1331.82 manat məbləğində pul vəsaiti və 34.40 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev