Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1008/2020 22.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X2 kаtibliyi ilə İddiaçı X4 X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı X4 X1 Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək birinci cavabdeh ilə bağlanmış xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlərdən müştərək qaydada 82,11 ABŞ dolları məbləğində kredit borcunun, 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə istehlak məqsədləri üçün illik 36% dərəcəsi ilə 12 ay müddətinə 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxxx 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri icra etməkdən yayınmışlar. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdehlər öhdəliklərini icra etməmiş, borcu tam şəkildə ödəməmişlər. Cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 8,34 ABŞ dolları əsas, 28,49 ABŞ dolları faiz borcu, 45,28 ABŞ dolları cərimə olmaqla, cəmi 82,11 ABŞ dolları borcu qalmışdır. İddiaçı birinci cavabdeh ilə bağlanmış xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlərdən müştərək qaydada 82,11 ABŞ dolları məbləğində kredit borcunun, 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 36% dərəcəsi ilə 12 ay müddətinə 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı nömrəli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, birinci cavabdeh hər ay 130,6 ABŞ dolları olmaqla 12 ay müddətində ümumilikdə 1300 ABŞ dolları borcu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli 50145/10-1 saylı zaminlik müqaviləsindən görünür ki, ikinci cavabdeh bank qarşısında öhdəliklərin yerinə yetirilməməsinə görə birinci cavabdehlə eyni şərtlər daxilində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. xx xxxxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, müqavilə üzrə ödəniş tarixinə ödənilməmiş əsas və faiz borcun 3 iş günü müddətində ödənilməsi cavabdehlərdən tələb olunmuş, borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli 436 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı kredit müqaviləsi üzrə 8,34 ABŞ dolları əsas, 28,49 ABŞ dolları faiz borcu, 45,28 ABŞ dolları cərimə olmaqla, cəmi 82,11 ABŞ dolları borcu qalmışdır. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı kredit müqaviləsinə əsasən həmin tarixdə birinci cavabdehə şəxsi məqsədlər üçün illik 36% dərəcəsi ilə 12 ay müddətinə 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxxx 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İkinci cavabdeh iddiaçı qarşısında öhdəliklərin yerinə yetirilməməsinə görə birinci cavabdehlə eyni şərtlər daxilində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Birinci cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz borcunu vaxtında və lazımi qaydada ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin tam ödənilməsini təmin etməmişdir. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehlərin iddiaçıya 8,34 ABŞ dolları əsas, 28,49 ABŞ dolları faiz borcu və 45,28 ABŞ dolları cərimə olmaqla, cəmi 82,11 ABŞ dolları borcu qalmışdır. İddiaçı tərəfindən borc tələbi ilə məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı birinci cavabdeh ilə bağlanmış xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlərdən müştərək qaydada 82,11 ABŞ dolları məbləğində kredit borcunun, 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı X4 X1 Cəmı̇ yyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli 50145/10 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 82 (səksən iki) ABŞ dolları 11 (on bir) sent borc məbləği və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı X4 X1 Cəmı̇ yyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1008/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1008/2020
22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver