Məhkəmə qərarları › İş №2(037)-1011/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1011/2020

21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1011/2020 21.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 358,91 manat əsas, 63,26 manat faiz, 37,28 manat cərimə - cəmi 459,45 manat borc məbləği və 20 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın X3 Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş və icra nümayəndəliyi tərəfindən cavabdehə təqdim olunması təmin edilmişdir. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FİNtrend” BOKT ilə cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 36 faizlə 24 ay müddətinə 518 manat kredit verilmişdir. “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında tələbetmə hüququnun güzəşt olunmasına dair 004 nömrəli xx xxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Tərəflər arasında xx xxx 2019-cu il tarixdə imzalanmış sazişə əsasən cavabdehlə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Cavabdehin xx xxxxxxx 2020-ci il tarixə kredit müqaviləsi üzrə 358,91 manat əsas, 63,26 manat faiz və 37,28 manat cərimə borcu yaranmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmişdir. İddiaçı cavabdehdən xx xxx 2019-cu il tarixli müqavilə üzrə 358,91 manat əsas, 63,26 manat faiz, 37,28 manat cərimə - cəmi 459,45 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “FİNtrend” X5 təşkilatı ilə cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli 15- 0***-******* nömrəli kredit müqaviləsindən görünür ki, “FİNtrend” BOKT tərəfindən cavabdehə 24 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 581 (beş yüz səksən bir) manat məbləğində kredit verilmişdir. xx xxx 2019-cu il tarixli 15-0***-******* nömrəli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətində 581 manat əsas və 242,3 manat faiz, cəmi 823,3 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli xx xxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə imzalanmışdır. Tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 nömrəli xx xxx 2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə 595 nömrəli xx xxx 2019-cu il tarixli sazişin surətindən görünür ki, “FİNtrend” BOKT ilə bağlanmış kredit müqavilələri üzrə borcu tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişin surətindən görünür ki, xx xxx 2019-cu il tarixli 15-0***-******* nömrəli kredit müqaviləsi üzrə “xxxx” İKB ASC-nin kreditor olduğu və müqavilə üzrə kredit borcunun həmin bankın hesablaşma hesabına ödənilməsi bildirilmişdir. Cavabdeh bildirişlə tanış olmuş və imzalamışdır. xx xxxxxx 2019-cu il tarixli **********986800 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində “xxxx” X4 Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx xxxxxxx 2020-ci il tarixli PAİHTD-13391 nömrəli xəbərdarlıqdan görünür ki, müqavilə üzrə borcun beş gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 05 may 2019cu il tarixli kredit müqaviləsinə əsasən 358,91 manat əsas, 63,26 manat faiz, 37,28 manat cərimə - cəmi 459,45 manat borcu vardır. xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, “FİNtrend” BOKT ilə cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 36 faizlə 24 ay müddətinə 581 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında tələbetmə hüququnun güzəşt olunmasına dair 004 nömrəli xx xxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Tərəflər arasında xx xxx 2019-cu il tarixdə imzalanmış sazişə əsasən cavabdehlə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdü. “xxxx” X4 Səhmdar Cəmiyyətinin adı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək xx xxxxxx 2019-cu il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İddiaçı cavabdehdən xx xxx 2019-cu il tarixli müqavilə üzrə 358,91 manat əsas, 63,26 manat faiz, 37,28 manat cərimə - cəmi 459,45 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 358 manat 91 qəpik əsas, 63 manat 26 qəpik faiz, 37 manat 28 qəpik cərimə və 20 manat dövlət rüsumu – cəmi 479 (dörd yüz yetmiş doqquz) manat 45 (qırx beş) qəpik borc məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar