Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1014/2024 14.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 14 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1059,29 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 554 manat və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 584 manat alınaraq öna ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində iddiaçı/cavabdeh İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində cavabdeh/iddiaçı Cavabdeh ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia və qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflər iddia və qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiklərinə görə tərəflərin vəsatətləri ilə iddia və qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılmalıdır. Cavabdeh tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair iddia və qarşılıqlı iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. Cavabdeh tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1014/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1014/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver