Məhkəmə qərarları › İş №2(037)-1040/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1040/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1040/2023 02.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 02 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin artırılaraq 19 iyul 2012-ci il tarixdə doğulmuş X4, 11 iyun 2014-cü il tarixdə doğulmuş X5 və 30 sentyabr 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2(037)-333/2020 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş, 19 iyul 2012-ci il tarixdə doğulmuş X4, 11 iyun 2014-cü il tarixdə doğulmuş X5 və 30 sentyabr 2016-cı il tarixdə doğulmuş X3 yanında saxlanılmış və uşaqların maddi təminatı üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment təyin edilmişdir. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşaqların saxlanması üçün azlıq edir və onların normal təminatını ödəmir. Uşaqlarının yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Cavabdeh musiqi məktəbində müəllim işləməklə yüksək əmək haqqı alır, bundan başqa toylarda musiqi alətində ifa etməklə əlavə gəlir əldə edir. Buna baxmayaraq təyin olunmuş alimentdən başqa uşaqlarının digər xərclərinin ödənilməsinə köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2(037)-333/2020 qətnaməsi ilə aliment təyin olunmuş 300 manat alimenti vaxtı-vaxtında ödəyir. Aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. O, İsmayıllı Uşaq İncəsənət Məktəbində qarmon müəllimi işləməklə ayda 649 manat əmək haqqı alır. İsmayıllı rayonun Balik kəndində yaşamaqla İsmayıllı şəhərində yerləşən məktəbə gəlib-getməyə ayda 80 manat nəqliyyat pulu verir. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Maddi imkanı olmadığından ötən müddət ərzində yeni ailə qurmamışdır. Uşaqların hazırki yaş dövründə iddiaçı özü də işləyib uşaqların saxlanmasına köməklik edə bilər. Ona görə də alimentin artırılmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını, cavabdehin iddia tələbinə münasibətini, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 940611 nömrəli 01 avqust 2012-ci il tarixli, AZ-İİİ 280303 nömrəli 18 iyun 2014-cü il tarixli və AZ-İİİ 841012 nömrəli 07 oktyabr 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 19 iyul 2012-ci il tarixdə X4, 11 iyun 2014-cü il tarixdə X5 və 30 sentyabr 2016-cı il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-333/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 19 iyul 2012-ci il tarixdə doğulmuş X4, 11 iyun 2014-cü il tarixdə doğulmuş X5 və 30 sentyabr 2016-cı il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanılmış, uşaqların maddi təminatı üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT035-23-094 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə olan Mədəniyyət Nazirliyi Dağlıq X2 İdarəsinin 133 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh İsmayıllı şəhəri F.Əzimov adına Uşaq İncəsənət Məktəbində qarmon müəllimi işləməklə aylıq əmək fondu 807 manat təşkil edir. Tutulmalardan sonra ələ çatan məbləğ 649,39 manatdır. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-333/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 19 iyul 2012-ci il tarixdə doğulmuş X4, 11 iyun 2014cü il tarixdə doğulmuş X5 və 30 sentyabr 2016-cı il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanılmış, uşaqların maddi təminatı üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment təyin olunmuşdur. İddiaçı qeyd olunan aliment məbləğinin hazırki vəziyyətdə uşaqların saxlanması üçün azlıq etdiyini və onların normal təminatını ödəmədiyini, uşaqlarının yaşının artması xərclərinin də artmasına səbəb olduğunu, cavabdehin musiqi məktəbində müəllim işləməklə yüksək əmək haqqı aldığını, bundan başqa toylarda musiqi alətində ifa etməklə əlavə gəlir əldə etdiyini, buna baxmayaraq təyin olunmuş alimentdən başqa uşaqlarının digər xərclərinin ödənilməsinə köməklik etmədiyini, təyin olunmuş alimentin məbləğinin artırılaraq üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 uşaqları ilə birgə ayda 300 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh təyin olunmuş 300 manat alimenti vaxtı-vaxtında ödədiyini, aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində heç bir dəyişikliyin olmadığını, özünün İsmayıllı Uşaq İncəsənət Məktəbində qarmon müəllimi işləməklə ayda 649 manat əmək haqqı aldığını, İsmayıllı şəhərində yerləşən məktəbə gəlib-getməyə ayda 80 manat nəqliyyat pulu verdiyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını, maddi imkanı olmadığından ötən müddət ərzində yeni ailə qurmadığını, uşaqların hazırki yaş dövründə iddiaçın özü də işləyib uşaqların saxlanmasına köməklik edə biləcəyini qeyd edərək alimentin artırılmamasını xahiş edir. Cavabdeh İsmayıllı şəhəri F.Əzimov adına Uşaq İncəsənət Məktəbində qarmon müəllimi işləməklə aylıq qazancı 649,39 manatdır. Cavabdehin digər iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 iyul 2012-ci il tarixdə doğulmuş X4, 11 iyun 2014-cü il tarixdə doğulmuş X5 və 30 sentyabr 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 70 manat 40 qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-333/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 19 iyul 2012-ci il tarixdə doğulmuş X4, 11 iyun 2014-cü il tarixdə doğulmuş X5 və 30 sentyabr 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 70 (yetmiş) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar