Məhkəmə qərarları › İş №2(037)-1043/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1043/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1043/2024 04.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 04 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Hyundai Grandeur” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzi olaraq 6455 manat maddi zərərin, 1000 manat mənəvi zərərin, sənədlərin hazırlanması üçün 80 manat və 95 manat dövlət rüsumu olmaqla, cəmi 7630 manat pulun alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçıların ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər,yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən iddiaçıların vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı1 tərəfindən ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar