Məhkəmə qərarları › İş №2(037)-107/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-107/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-107/2021 27.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 13,53 manat əsas borc, 24,98 manat faiz borcu və 20,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 58,91 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin İsmayıllı şöbəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən cavabdehə istifadə etmək üçün plastik kart verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə cavabdeh həmin plastik kartına 40 manat mədaxil etmiş və hesabında 40,57 manat vəsait yaranmışdır. Daha sonra cavabdeh internet vasitəsi ilə 6 dəfə, yəni xx xxxxxx 2015-ci il tarixdə 9,29 manat, xx xxxxxx 2015-ci il tarixdə 1,18 manat, xx xxxxxx 2015-ci il tarixdə 27,98 manat, xx xxxxxx 2015-ci il tarixdə 14 manat, xx xxxxxx 2015-ci il tarixdə 1,11 manat və xx xxxxxx 2015-ci il tarixdə 0,54 manat olmaqla, cəmi 54,10 manat plastik kartından köçürmə etmişdir. Cavabdeh plastik kart hesabında 40,57 manat olmasına baxamayaraq internet vasitəsi ilə 54,10 manat köçürmə əməliyyatı həyata keçirməsi nəticəsində 13,53 manat plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Cavabdehin iddiaçıya 13,53 manat əsas borc, 24,98 manat faiz borcu – cəmi 38,51 manat borcu mövcuddur. Cavabdeh yaranmış borc ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliyini tam şəkildə icra etməmişdir. İddiaçı cavabdehdən 13,53 manat əsas borc, 24,98 manat faiz borcu və 20,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 58,91 manat tutularaq iddiaçıya ödənilməsini tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxx 2012-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilədən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə istifadə etmək üçün plastik kart verilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdehin əsassız varlanmaya səbəb olan məbləği 38,51 manat olmuşdur. xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdeh xx xxxxxx 2015-ci il tarixdə 9,29 manat, xx xxxxxx 2015-ci il tarixdə 1,18 manat, xx xxxxxx 2015-ci il tarixdə 27,98 manat, xx xxxxxx 2015-ci il tarixdə 14 manat, xx xxxxxx 2015-ci il tarixdə 1,11 manat və xx xxxxxx 2015-ci il tarixdə 0,54 manat olmaqla, cəmi 54,10 manat plastik kartından köçürmə etmişdir. xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehin öhdəliyi və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin İsmayıllı şöbəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən cavabdehə istifadə etmək üçün plastik kart verilmişdir. Cavabdeh xx xxxxxx 2015ci il tarixdə həmin plastik kartına 40 manat mədaxil etmiş və hesabında 40,57 manat vəsait yaranmışdır. Daha sonra cavabdeh internet vasitəsi ilə 6 dəfə, yəni xx xxxxxx 2015-ci il tarixdə 9,29 manat, xx xxxxxx 2015-ci il tarixdə 1,18 manat, xx xxxxxx 2015-ci il tarixdə 27,98 manat, xx xxxxxx 2015-ci il tarixdə 14 manat, xx xxxxxx 2015-ci il tarixdə 1,11 manat və xx xxxxxx 2015-ci il tarixdə 0,54 manat olmaqla, cəmi 54,10 manat plastik kartından köçürmə etmişdir. Cavabdeh plastik kart hesabında 40,57 manat olmasına baxmayaraq internet vasitəsi ilə 54,10 manat köçürmə əməliyyatı həyata keçirməsi nəticəsində 13,53 manat plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Cavabdeh yaranmış borc ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliyini tam şəkildə icra etməmişdir. İddiaçı cavabdehdən 13,53 manat əsas borc, 24,98 manat faiz borcu və 20,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 58,91 manat tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini iddia tələbi ilə razılaşması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 13,53 manat əsas borc, 24,98 manat faiz borcu və 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 58 (əlli səkkiz) manat 91 (doxsan bir) qəpik tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar