Məhkəmə qərarları › İş №2(037)-1077/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1077/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1077/2023 20.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 20 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 737,42 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçındən dəymiş maddi ziyana görə 800 manat və mənəvi zərərə görə 2000 manat – cəmi 2800 manat xərcinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı/cavabdeh İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı/cavabdeh İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı/cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə 737,42 manat məbləğində borcu yaranmışdır. Cavabdeh İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh hər ay bildiriş almış, təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş və mübahisələndirməmişdir. Sonuncu dəfə 31 avqust 2023-cü il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin yaranmış borc məbləği tam şəkildə ödənilməmişdir. Təbii qazdan istifadəyə görə yaranmış 737,42 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun Rəhim Həmidovdan tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh/iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etdiyini, iddiaçı/cavabdeh İddiaçı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, müharibə veteranıdır. 20 noyabr 2020-ci il tarixində yaşadığı mənzildə quraşdırılmış qaz sayğacı onun xəbəri olmadan çıxarılmışdır. Qaz sayğacı çıxarılan zaman naməlum şəxslər yenidən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. Həmin akta onun əvəzinə saxta imza çəkilmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İddiaçı əməkdaşları tərəfindən onun mənzilinə yeni sayğac quraşdırılmışdır. Həmin gündən ona maddi ziyan dəymişdir. Belə ki, naməlum şəxslər sayğacı quraşdırarkən qaz sızması yaratmışlar. Mənzilinin giriş hissəsində qaz sızmasından külli miqdarda borc yaranmışdır. Bunu bildikdən sonra mənəvi sarsıntılar kieçirərək onda bəzi xəstəliklər əmələ gəlmişdir. Həmin şəxslərin qanunsuz əməlləri, saxtakarlıqları ona vurduqları maddi və mənəvi ziyanlar barədə müvafiq orqanlara müraciət etmişdir. O, məcbur qalaraq məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. Ümumilikdə ona 2800 manat maddi və mənəvi ziyan dəymişdir. O, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iddiaçı/cavabdeh İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflər arasında bağlanmış 11 sentyabr 2018-ci il tarixli, 9831 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Xəbərdarlıq məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh yaranmış borcun 05 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Abonentin saldosunun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə 2023-cü ilin iyul ayının sonuna 737,42 manat borcu yaranmışdır. 04 sentyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. 016522 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. Məhkəmə Cavabdeh izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 11 sentyabr 2018-ci il tarixli, 9831 nömrəli müqaviləyə əsasən Cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 737,42 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq Cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi 737,42 manat borcun ödənilməsi hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh istehlakçı kimi yaşadığı evdə istifadə edilmiş 737,42 manat məbləğində borc təbii qazın dəyəridir. Cavabdeh abonent koduna heç bir itirilmiş təbii qazın dəyəri hesablanmamışdır. Cavabdeh İddiaçındən dəymiş maddi ziyana görə 800 manat və mənəvi zərərə görə 2000 manat alınaraq ona ödənilməsini tələb etsə də hazırkı iş üzrə Cavabdeh tərəfindən qarşılıqlı iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Cavabdeh qarşılıqlı iddia tələbinin əsasını təşkil edən halları məhkəmə iclasında da mötəbər sübutlarla izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qərara gəlir ki, Cavabdeh müharibə veteranı olduğundan mülki iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 737 (yeddi yüz otuz yeddi) manat 42 (qırx iki) qəpik borc tutularaq İddiaçı hesabına ödənilsin. Mülki iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar