Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1079/2025 26.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında 26 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(037)-41 nömrəli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan xx.xx.2020-ci ildə doğulmuş X8 və xx.xx.2022-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin artırılaraq cavabdehin rəsmi əmək haqqının 1/3 həddində, lakin hər bir uşağa 200 manatdan az olmamaqla müəyyən olunması və mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbini əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(037)-41 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan xx.xx.2020-ci ildə doğulmuş X8 və xx.xx.2022ci ildə doğulmuş X5 yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər uşağa 100 manat olmaqla cəmi 200 manat aliment təyin edilmişdir. Məhkəmənin 01 may 2025-ci il tarixli 8(037)-qərardadı ilə həmin məbləğ indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınaraq minimum əmək haqqının 0,28 misli həddində müəyyən edilmişdir. Təyin edilmiş cəmi 224 manat aliment hazırki şəraitdə iki uşağın heç bir təminatını ödəmir. Himayəsində azyaşlı uşaqları olduğu üçün özü heç yerdə işləyə bilmir. Cavabdeh isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olmaqla yüksək aylıq gəlirə malikdir. Cavabdeh uşaqlara daha yüksək aliment ödəmək iqtidarındadır. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi əsasında təyin edilmiş aliment məbləği həmin məhkəmənin 01 may 2025-ci il tarixli qərardadı ilə indeksasiya olunaraq minimum əmək haqqının 0,28 misli həddində müəyyən edilmişdir. Lakin iddiaçının himayəsində azyaşlı uşaqları olduğu üçün heç yerdə işləyə bilmir və uşaqları saxlamaqda çox çətinlik çəkir. Cavabdeh isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olmaqla yüksək aylıq gəlirə malik olmasına baxmayaraq təyin olunmuş alimenti vaxtında ödəməməklə uşaqlarına əlavə heç bir köməklik göstərmir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının alimentin artırılmasına dair iddia tələbini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlərə əsasən: AZ-İV 192326 saylı 10 noyabr 2020-ci il tarixli və AZ-İ 684224 saylı 12 yanvar 2022-ci il tarixli doğum hqqında şəhadətnamənin sutərlərindən müəyyən edilir ki, tərəflərin 15 sentyabr 2020-ci il tarixdə X8 və 04 yanvar 2022-ci il tarixdə X5 adlı iki uşaqları doğulmuşdur. . İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-41/2024 saylı qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında 20 dekabr 2019-cu il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 281 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, 15 sentyabr 2020-ci il tarixdə doğulmuş X8 və 04 yanvar 2022-ci il tarixdə doğulmuş X5 (anası) X2 yanında saxlanılmış, Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iki uşağın saxlanması üçün X3 ödənilməsi, Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. ”İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT035-2024-507 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak edərək 50 manat mediasiya xərci ödəmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(037)-33/2025 saylı qərardadından müəyyən edilir ki, 24 aprel 2025-ci il tarixdən başlayaraq 15 sentyabr 2020-ci il tarixdə doğulmuş X8 və 04 yanvar 2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli 3-38/16-2-6632/25 nömrəli məktubuna əsasən Cavabdeh X1 xx.xx.2025-ci il tarixli 981,/H nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və yavalideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 2024-cü il 16 dekabr tarixli 96-VİİQ nömrəli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlara münasbətdə 246 manatdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016cı il tarixli Plenum Qərarının 8.13-cü bəndi Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Qeyd olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə iddiaçının yanında qalan 15 sentyabr 2020-ci il təvəllüdlü X8 və 04 yanvar 2022-ci il təvəllüdü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Daha sonra isə məhkəmənin yuxarıda göstərilən qərardadı ilə Cavabdeh hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində alimentin tutularaq Dürdanə Əliyevaya ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən Dövlət Sərhəd Xidmətindən alınmış cavab məktubunda cavabdehin (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı qeyd edilmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, nəzərə alaraq hesab edir ki, cavabdehin rəsmi iş yeri olmadığından alimentin eyni zamanda onun gəlirlərinin müəyyən hissəsi kimi tutulması məqsədə uyğun deyildir. Lakin cavabdehin heç yerdə işləməməsi və heç bir qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Cavabdehin digər hər hansı gəlirə malik olmasına münasibətdə isə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Lakin məhkəmə onuda qeyd edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və maddi təminat səviyyəsinin qalxması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhz bu səbəbdən məhkəmə qərara gəlir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Cavabdeh heç bir üzürlü səbəb olmadan mediasiya sessiyasında iştirak etmədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(037)-41/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 15 sentyabr 2020-ci il təvəllüdlü X8, 04 yanvar 2022ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1079/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1079/2025
26.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver