Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-112/2025 17.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Açiq Səhmdar Cəmı̇ yyəti (Ləğv Prosesindədir) Cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızına və Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açiq Səhmdar Cəmı̇ yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı və Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızından (bundan sonra cavabdeh) 717,60 manat əsas, 9.84 manat kredit müqaviləsi müddəti üzrə hesablanmış faiz borcu, 8,30 manat gecikdirilmiş vaxt üçün fazi borcu olmaqla cəmi 735,74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 04 dekabr 2024-cü il tarixdə cavabdehin rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 111/36/165/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızının 1158,38 manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı ilə Restrukturizasiya müqaviləsi bağlanan zaman Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızı ilə bank arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı və Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızının xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 735,74 manat təşkil edir. Bundan 717,60 manat əsas, 9.84 manat kredit müqaviləsi müddəti üzrə hesablanmış faiz borcu, 8,30 manat gecikdirilmiş vaxt üçün fazi borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı və Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızından (bundan sonra cavabdeh) 717,60 manat əsas, 9.84 manat kredit müqaviləsi müddəti üzrə hesablanmış faiz borcu, 8,30 manat gecikdirilmiş vaxt üçün fazi borcu olmaqla cəmi 735,74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. xx.xx.2019-cu il tarixli, 111/36/161/19 nömrəli Restrukturizasiya müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 882,52 manat məbləğində kredit verilmişdir. 27 oktyabr 2023-cü il tarixli **********458 nömrəli bildirişin surətindən görünür ki, cavabdehdən borcun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 30 yanvar 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi üzrə 23 yanvar 2024-cü il tarixə 882,52 (səkkiz yüz səksən iki manat 52 qəpik) manat əsas, 42,63 (qırx iki manat altmış üç qəpik) manat faiz borcu olmaqla cəmi 925,15 (doqquz yüz iyirmi beş manat 15 qəpik) manat borcu vardır. “AZEMİS” Elektron Məhkəmə Sistemi vasitəsi ilə daxil olan iddia ərizədən görünür ki, xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, ləğv prosesində olan ləğv prosesində olan İddiaçı ASC ilə cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 111/36/165/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızının 1158,38 manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı ilə Restrukturizasiya müqaviləsi bağlanan zaman Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızı ilə bank arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı və Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızının xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 735,74 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı və Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızından (bundan sonra cavabdeh) 717,60 manat əsas, 9.84 manat kredit müqaviləsi müddəti üzrə hesablanmış faiz borcu, 8,30 manat gecikdirilmiş vaxt üçün fazi borcu olmaqla cəmi 735,74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış faiz və cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddəsini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Mı̇ rzəyeva Ruhı̇ yyə Əzı̇ z qızı və Mı̇ rzəyeva Sevı̇ nc Əzı̇ z qızından (bundan sonra cavabdeh) 717,60 manat əsas, 9.84 manat kredit müqaviləsi müddəti üzrə hesablanmış faiz borcu, 8,30 manat gecikdirilmiş vaxt üçün fazi borcu olmaqla cəmi 735,74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-112/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-112/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver