Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1124/2023 14.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X6 oğlunun katibliyi lə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 14 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 mart 2009-cu il tarixdə doğulmuş X3 və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(037)-1194/2017 nömrəli məhkəmə əmri ilə 22 mart 2009-cu il tarixdə doğulmuş X3 və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 80 manat olmaqla iki uşağa cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşaqların saxlanması üçün azlıq edir və onların normal təminatını ödəmir. Uşaqların yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Özü heç yerdə işləmir. Cavabdeh isə gecikmələrlə ödədiyi az miqdarda alimentdən başqa uşaqlarının digər xərclərinin ödənilməsinə köməklik etmir. Odur ki, təyin olunmuş alimentin məbləğinin artırılaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi ev 8 ünvanına məlumat göndərmişdir. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin cavabdehin hazırda ərazidə yaşamaması barədə bildirişi məhkəmə daxil olmuşdur. Məhkəmə Aazərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 365570 nömrəli 01 may 2009-cu il tarixli və AZ-İİİ 691674 nömrəli 10 noyabr 2010-cu il tarixli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin 22 mart 2009-cu il tarixdə X3 və 21 oktyabr 2010-cu il tarixdə X2 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarında olan AZ-İ 140566 nömrəli 02 dekabr 2009-cu il tarixli və AZ-İ 255683 nömrəli 02 mart 2016-cı il tarixli atalığın müəyyən edilməsi hqqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, cavabdeh Səyyid Məmmədzadə və Əlizadə Məmmədzadənin atası hesab edilmişdir. İş materiallarında olan Alimentin tutulmasına dair İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1194/2017 nömrəli 23 iyun 2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, 22 mart 2009-cu il tarixdə doğulmuş X3 və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 80 manat olmaqla iki uşağa cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır İş materiallarında olan AZ-İ 380012 nömrəli 29 mart 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında olan nikah İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞŞ/MTOxx-xx-01886 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1194/2017 nömrəli 23 iyun 2017-ci il tarixli məhkəmə əmri ilə 22 mart 2009-cu il tarixdə doğulmuş X3 və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 80 manat olmaqla iki uşağa cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır İddiaçı təyin olunan aliment məbləğinin hazırki vəziyyətdə uşaqların saxlanması üçün azlıq etdiyini və onların normal təminatını ödəmədiyini, uşaqların yaşının artması xərclərinin də artmasına səbəb olduğunu, özünün heç yerdə işləmədiyini, cavabdeh isə gecikmələrlə ödədiyi az miqdarda alimentdən başqa uşaqlarının digər xərclərinin ödənilməsinə köməklik etmədiyini qeyd edərək təyin olunmuş alimentin məbləğinin artırılaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 mart 2009-cu il tarixdə doğulmuş Səyyid Məmmədzadə və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş Əlizadə Məmmədzadənin yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1194/2017 nömrəli 23 iyun 2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 22 mart 2009-cu il tarixdə doğulmuş X3 və 21 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz ) manat alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1124/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1124/2023
14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver