Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-114/2021 12.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X3 kаtibliyi ilə İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdeh X2 qarşı borc tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: “Finca Azerbaijan” MM QBKT (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək X1 (bundan sonra cavabdeh) 760 manat əsas borc, 83 manat faiz borcu, 78,90 manat cərimə olmaqla, cəmi 921,90 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, **********0173 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün illik 28 % dərəcəsi ilə 12 ay müddətinə 1100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi cavabdeh tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx xxxxxx 2020ci il tarixli maliyyə arayışına əasəsn cavabdehin 760 manat əsas borc, 83 manat faiz borcu, 78,90 manat cərimə olmaqla, cəmi 921,90 manat borcu təşkil edir. İddiaçı cavabdehdən 760 manat əsas borc, 83 manat faiz borcu, 78,90 manat cərimə olmaqla, cəmi 921,90 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxxx 2020-ci il tarixli **********0173 nömrəli kredit müqaviləsi və kredit kartının mədaxil aktından görünür ki, həmin tarixdə “Finca Azerbaijan” MM QBKT tərəfindən cavabdehə 12 ay müddətinə illik 28% ödəmək şərtilə 1100 (bir min yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləği nağdsız qaydada, üzərində “Fincard” adı qeyd edilmiş **********527343 saylı kredit kartında cavabdehə təqdim edilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxx 2020-ci il tarixli **********0173 nömrəli kredit müqaviləsi üzrə 760 manat əsas borc, 83 manat faiz borcu, 78,90 manat cərimə olmaqla, ümumilikdə 921,90 manat borcu vardır. xx xxxxxx 2020-ci il tarixli **********53 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh xx xxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “Finca Azerbaijan” MM QBKT-dən illik 28 faiz ödəmək şərti ilə 12 ay müddətinə 1100 (bir min yüz) manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləği nağdsız qaydada, üzərində “Fincard” adı qeyd edilmiş **********527343 saylı kredit kartında cavabdehə təqdim edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xx xxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 760 manat əsas borc, 83 manat faiz borcu, 78,90 manat cərimə olmaqla, cəmi 921,90 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 760 manat əsas borc, 83 manat faiz borcu, 78,90 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 951 (doqquz yüz əlli bir) manat 90 (doxsan) qəpik alınaraq iddiaçı “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-114/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-114/2021
12.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver