Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1149/2023 15.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 15 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1,76 hektar torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri olan 17600 manat,həmin torpaq sahəsinin ətrafını hasara almaq üçün məftilə verdiyi 600 manat, Cavabdeh2 notarusda verdiyi 100 manat, habelə ödənilmiş 144 manat 90 qəpik dövlət rüsumu olmaqla, ümumilikdə, 18444.90 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2016-cı il tarixdə İsmayıllı rayonu Diyallı kənd sakini Famil adlı şəxsdən 2,5 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini satın almış və Famillə xoş münasibətləri yaranmışdır. 2016-cı il tarixdə Famil ona qaynı Cavabdeh2 da öz torpaqlarını satmaq istədiyini bildirmiş, Famil onun etibarını qazandığı üçün ona inanmış və Bakı şəhərində İnşaatçılar metrosunun yanında Famil və Elvinlə görüşmə zamanı Elvin ona özlərinə məxsus torpaq sahəsinin plan-ölçü sənədini (Kadastr sənədi) təqdim etmiş, həmin torpaq sahəsinin mülkiyyətçisi olaraq Cavabdeh2 adı qeyd olunmuş, torpağın ümumi sahəsi 17679,88 kv.metr olmuşdur.Onlar torpaq sahəsinin ümumi qiymətini 3600 manata razılaşaraq, həmin vaxt Familin şahidliyi ilə Elvinə 3000 manat pul vermiş, pulun qalanını isə iki ay ərzində ödəmişdir. Cavabdehlər ondan bir il ərzində torpaq sahəsini özlərinin əkəcəyini xahiş etdikdə, razılıq vermiş, lakin sonrakı illərdə onun razılığı olmadan əkməyə başlamışlar.2018-ci ildən 2020-ci ilədək isə torpaq sahəsindən tam sahib kimi istifadə etmiş, hasara almaq üçün hərəsində 200 metrdən 20 top, ümumilikdə 600 manat pul xərcləyərək məftil gətirərək Kamrana təhvil vermişdir. İki aydan sonra torpaq sahəsini hasarlamaq istəyəndə Kamran ona məftilin olmadığnı, ona satdığı torpaq sahəsinin yanında 80 sot bələdiyyəyə məxsus torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin də sənədləşdirilərək ona verəcəyini bildirmişdir. O dəfələrlə aldığı torpağı sənədləşdirməyə cəhd etmiş, hətda, 2018-ci il tarixdə bu barədə etibarnamə də almışdır. Bu zaman da 100 manat Kamranın özünə vermiş və Kamran ona xeyir-dua verərək sənədləşmə işlərinə başlamağını bildirmişdir. 2021-ci ilin əkini bitəndən sonra torpaq sahəsini şumlamaq istədikə, Kamran onu sahədən çıxartmış, Elvin isə ümumiyyətlə onun telefon zənglərinə belə cavab verməmişdir. 2022-ci ilin əvvəlində isə bu məsələnin belə davam edə bilməyəcəyini görərək cavabdehlə açıq söhbət etdikdə, cavabdeh Kamran torpaq sahələrini ona satmadığını, icarəyə verdiyini bildirmiş, yalnız bundan sonra o cavabdehin əsl niyyətini başa düşdükdən sonra ondan aldığı torpaq sahələrinin hazırkı bazar qiymətləri ilə olan dəyərini tələb etmiş,cavabdeh isə təkidlə torpaq sahəsini satmadığını bildirərək, aldığı pulun icarə haqqı olduğunu iddia etmişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona torpaq satmaq niyyətləri olmamış, onlar sadəcə onu müxtəlif yollarla aldadaraq pulunu ələ keçirmişlər. Hazırda İsmayıllı rayonun Diyallı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir hektarı üçün satış qiymətləri torpağın yerləşmə yerindən və relyefindən asılı olaraq 7000 manatdan 15000 manatadək dəyişir. Ona görə də o, cavabdehlərdən aldığı torpaq sahələrinin hər hektarı üçün hazırki real bazar qiymətləri ilə 10000 manatdan olmaqla 1,76 hektar torpaq sahəsinin pulu olaraq 17600 manat, üstəlik aldığı torpaq sahəsinin ətrafını hasarlamaq üçün məftilə verdiyi 600 manat, Elvinə notarusda verdiyi 100 manat pulunu tələb edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İşdə olan Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İsmayıllı rayon Diyallı kənd sakini Cavabdeh1 İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 17679.88 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və X2 kitabında xx.xx.2009-cu il tarixdə 2184 nömrə ilə uçota alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şərifov X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İsmayıllı rayon Diyallı kənd sakini Cavabdeh1 məxsus İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 17679.88 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı onu bütün dövlət orqanlarında təmsil etməyi lazımi sənədləri almağı, almağa dair imza etməyi və DƏDRX-nin 9 saylı ərazi idarəsindən çıxarışı almağı, almağa dair imza etməyi və bununla bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş səs yazısından görünür ki, İddiaçıla Cavabdeh2 arasında torpaq sahəsinin sənədləşməsi ilə bağlı müxtəlif məzmunlu dialoqlar olmuşdur. İşdə olan "xxxx" MMC-nin 13 noyabr 2023-cü il tarixli ƏQ-264 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən Cavabdeh1 məxsus 17679.88 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 13600 manat təşkil edir. Məhkəmə iddia ərizəsini, "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyini nəzərdən keçirib, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı tələb üzrə iddianın 17600 manat hissəsinə münasibətdə iddianın əsasını torpaq sahəsinin alğı-satqısı üçün iddiaçı tərəfindən verilmiş pul məbləğinin cavabdehlərdən alınması ilə bağlı mübahisə təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından da göründüyü kimi, 2016-cı ildə Cavabdeh1 məxsus İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 17679.88 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qarşılığında Cavabdeh2 İddiaçı 3000 və 600 manat olmaqla, ümumilikdə 3600 manat məbləğində pul almışdır. Sonradan isə cavabdehlər sözügedən torpaq sahəsini satmadıqlarını,icarəyə verdiklərini bildirərək,həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlamaqdan imtina etmişlər. Hətda xx.xx.2018-ci il tarixli etibarnamə ilə cavabdeh Şərifov X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə özünə məxsus İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 17679.88 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı onu bütün dövlət orqanlarında təmsil etməyi lazımi sənədləri almağı, almağa dair imza etməyi və DƏDRXnin 9 saylı ərazi idarəsindən çıxarışı almağı,almağa dair imza etməyi və bununla bütün hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. Cavabdehlərin 2016-ci ildə iddiaçıya satmağı vəd etdikləri 17679.88 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 13600 manat təşkil edir. İddiaçı cavabdehlərdən 2016-ci ildə aldığı 17679.88 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri olan 13600 manat məbləğini tələb edir.Cavabdehlər məhkəmə iclaslarına gəlmədiyindən onların iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. İlk baxışda tərəflər arasında ilkin müqavilə bağlandığı kimi görünsə də, əslində ilkin müqavilənin formasına dair qaydalara əməl edilmədiyi üçün onun əhəmiyyətsizliyinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu,mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə,daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaklarla bağlı alğı-satqı müqaviləsinin bağlanmasının xüsusi qaydasını müəyyənləşdirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa,tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırkı mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür.Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər.Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə,əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın,yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt-varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıdan həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılır. Cavabdehlər əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi həmin hissədə təmin olunaraq İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən 17679.88 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 13600 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddianın 600 manat dəyərində məftil və Cavabdeh2 notariusda verilmiş 100 manat pul hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı Cavabdeh1 600 manat dəyərində məftil və Cavabdeh2 notariusda 100 manat pul verdiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13600 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 144.90 manat dövlət rüsumu məbləğinin 130.80 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 14.10 manatı isə iddiaçının özünə aid edilməlidir. İddiaçı 150 manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 manat olmaqla, ümumilikdə 300 manat ekspertiza xərci məbləği tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13600 manat 1.76 hektar torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri və 130.80 manat dövlət rüsumu olmaqla, cəmi 13730.80 (on üç min yeddi yüz otuz manat səksən qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı 150 (bir yüz əlli) manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat ekspertiza xərci məbləği tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, bank: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı, kod:509299, bankın VÖENİ: **********, h/h: AZ61BRES********************, m/h: AZ80NABZ********************, SWİFT: BRESAZ722) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1149/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1149/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver