Məhkəmə qərarları › İş №2(037)-1152/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1152/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1152/2023 15.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası, X5 İddiaçınə qarşı borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş pulun geri qaytarılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək X4 mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1729,22 manat borcun və 37,7 manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X8 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı tərəfindən **********09410 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555,2 manat borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödənilmiş pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 istifadə etdiyi təbii qaza görə İsmayıllı Xidmət Sahəsinə 1729,22 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və X10nın tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. X1 İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. X2 hər ay bildiriş almış, təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə 04 avqust 2023-cü il tarixdə X6 rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. X3 yaranmış borcu tam ödəməmişdir. X5 borclu olduğu məbləğin yaranması **********09410 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən X4 mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1729,22 manat borcun və 37,7 manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbini 1729,22 manat borc məbləğinin yalnız 174,02 manat hissəsində qəbul edir. İstifadə etdiyi təbii qaza görə yaranmış 174,02 manat borcu ödəyəcəkdir. İddiaçı ondan tələb etdiyi 1729,22 manat borcun 1555,2 manat isə sayğacın dəyişdirilməsi nəticəsində akt üzrə hesablanmış cərimədir. Belə ki, İddiaçı İB-nin tabeçiliyində olan X14 İstismar İdarəsinin əməkdaşları tərəfindən 25 iyun 2023-cü il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı 11465641 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra İddiaçı İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, 11465641 nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətd olduğu, sərfi qeydə almadığı müəyyən edilmişdir. Ona görə də 07 iyul 2023-cü il tarixdə “təbii X10nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 12960 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamamışdır. Qaz sayğacının 65,67 manat dəyərini ödəmişdir. Hesab edir ki, İddiaçı İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. O, iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 174,02 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. Qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 1555,2 manat borcun silinməsini və qaz sayğacının dəyəri kimi ödənilmiş 65,67 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - X14 İstismarı İdarəsi ilə X8 arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli 11233 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını kefiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən X7 rayonun Qaraqaya kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X10na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. - 04 iyul 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Məhərrəm Rüstəmov tərəfindən qaz sayğacının dəyəri kimi 65,67 manat İddiaçı İB-nin hesabına ödənilmişdir. - İddiaçı İB-nin “Təbii X10nın pozulması haqqında” 07 iyul 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 markalı qaz piltəsi və 1 ədəd radiator vardır. Tərtib olunmuş aktı Məhərrəm Rüstəmov imzalamamışdır. - İddiaçı İB-nin X14 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətd olduğu, sərfi qeydə almadığı və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. - 07 sentyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, 2023-cü ilin avqust ayının sonuna Məhərrəm Rüstəmovun **********09410 nömrəli abonent koduna 1729,22 manat borc vurulmuşdur ki, həmin borcun 1555,2 manat hissəsi 2023-cü ilin iyun ayının sonuna akt üzrə hesablanmış borc, 174,02 manat hissəsi isə istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. - 04 sentyabr 2023-cü il tarixli 55/10 nömrəli xəbərdarlığın surətindən görünür ki, Məhərrəm Rüstəmovdan 30 avqust 2023-cü il tarixə yaranmış 1729,22 manat borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 12 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı İB tərəfindən 37,3 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı İB-nin X14 İstismar İdarəsi ilə Nemət Vahabov arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli 11233 nömrəli qazın alqı-satqısı barədə müqaviləyə əsasən Məhərrəm Rüstəmovun 2023-cü ilin avqust ayının sonuna istifadə etdiyi təbii qaza görə 174,02 manat borcu yaranmışdır. Eyni zamanda İddiaçı İB-nin əməkdaşları tərəfindən Məhərrəm Rüstəmovun fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X10na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən 25 iyun 2023-cü il tarixli ******* nömrəli akta əsasən 11465641 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Məhərrəm Rüstəmovun yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığı və təbii qaz itkisinin yarandığı aşkar edilmişdir. Abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 07 iyul 2023-cü il tarixli ******* nömrəli “Təbii X10nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı Məhərrəm Rüstəmov imzalamamışdır. İddiaçı İB-nin X14 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 07 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Məhərrəm Rüstəmovun yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmiş, itirilmiş təbii qazın və sayğacın dəyərinin öpdənilməsi tələb olunmuşdur. Məhərrəm Rüstəmov dəyişdirilmiş qaz sayğacının 65,67 manat dəyərini İddiaçı İB-nın hesabına ödəmişdir. İddiaçı iddia tələbinin təmin olunaraq X4 mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1729,22 manat borcun və 37,7 manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhərrəm Rüstəmov iddia tələbinin 174,02 manat borc hissəsinin təmin edilməsinə etiraz etmir, qaz sayğacına özü və ailə üzvləri tərəfindən müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək İddiaçı tərəfindən abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555,2 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 65,67 manat pulun ona qaytarılması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı tərəfindən qarşılıqlı iddia tələbinə dair münasibət bildirilməmişdir. “X10”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı tərəfindən cavabdeh Məhərrəm Rüstəmovdan tələb olunan 1729,22 manat borc məbləğinin yalnız 174,02 manat hissəsi istifadə edilmiş təbii qazın dəyəri, həmin məbləğin 1555,2 manat hissəsi isə 2023-cü ilin iyun ayının sonuna akt üzrə hesablanmış borc olduğundan iddia tələbi qismən - istifadə edilmiş təbii qazın dəyəri olan 174,02 manat təmin edilməlidir. Məhərrəm Rüstəmovun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə İddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca İddiaçı tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Məhərrəm Rüstəmov məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 12960 kub metr miqdarında, yəni 1555,2 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır Göstərilənlərə əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı İB tərəfindən Məhərrəm Rüstəmovun hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qazın dəyəri 1555,2 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 65,67 manat pulun Məhərrəm Rüstəmova qaytarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə İddiaçı tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək qeyd edir ki, ilkin iddia qismən təmin edildiyindən Məhərrəm Rüstəmovdan 30 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməlidir. Qarşılıqlı iddia tələbinin təmin edilmiş məbləği 1555,2 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 35,55 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. X4 təbii qazdan istifadəyə görə yaranmış 174 manat 02 qəpik borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 204 (iki yüz dörd) manat 42 (qırx iki) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən X5 **********09410 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik borc silinsin. Dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 65 (altmış beş) manat 67 (altmış yeddi) qəpik məbləği X6 qaytarılsın. İddiaçındən 35 (otuz beş) manat 55 (əlli beş) qəpik dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar