Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-118/2021 24.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı X2 X3 Cavabdeh qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2̇-Bank Kredı̇ t Təşkı̇ latı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 2600 manat əsas borc, 622 manat faiz borcu, 105 manat cərimə olmaqla, cəmi 3327 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2020ci il tarixli **********5173 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən hər ay 180 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi cavabdehlə razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, hesablanmış faiz və cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini yerinə yetirməmişdir. xx xxxxxx 2020-ci il tarixədək cavabdehin 2600 manat əsas borc, 622 manat faiz borcu, 105 manat cərimə olmaqla, cəmi 3327 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehlə öhdəliyin icra edilməsi barədə aparılmış danışıqlar heç bir nəticə verməmişdir. İddiaçı cavabdehdən cəmi 3327 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Usta işləyir. Pandemiya başlanandan fəaliyyət göstərə bilmir və ailəsini çətinliklə dolandırır. İddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Maddi imkanı nəzərə alınmaqla faiz və cərimə məbləğlərindən azad edilməsini xahiş edir. xx xxxx 2020-ci il tarixli **********5173 saylı kredit müqaviləsindən müəyyən edilir ki, həmin tarixdə cavabdehə illik 28% olmaqla 18 ay müddətinə 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay ərzində 2600 manat əsas və 622 manat faiz, cəmi 3222 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxx 2020-ci il tarixli **********5173 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 2600 manat əsas və 622 manat faiz borcu olmaqla, cəmi 3222 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx xxxx 2020-ci il tarixli **********5173 saylı kredit müqaviləsinə əsasən cavabdeh kredit borcundan ödəniş etməmiş, 2600 manat əsas borc, 622 manat faiz borcu və 105 manat cərimə olmaqla, ümumilikdə 3327 manat borcu yaranmışdır. xx xxxxxx 2020-ci il tarixli **********39 nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli **********5173 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən cavabdehə verilən kredit məbləği nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti, ona hesablan faizləri və hesablanacaq cərimələri ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən ödənilməmiş 2600 manat əsas, 622 manat faiz borcu qalmış, cavabdehə 105 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən cəmi 3327 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh maddi imkanı ilə bağlı borc məbləğini ödəyə bilmədiyini, borcunu hissə-hissə ödəcəyini göstərərək hesablanmış faiz və cərimə məbləğlərinin silinməsi, əsas borca dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 2600 manat əsas borc və 622 manat faiz borcunun cavabdehdən alınmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 105 manat cərimə məbləğinin tutulmasına dair hissəsi qismən - 20 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2600 manat əsas, 622 manat faiz, 20 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 3272 (üç min iki yüz yetmiş iki) manat borc məbləği alınaraq İddiaçı X2 X3 hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-118/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-118/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver