Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1183/2025 08.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, X2 və X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 08 sentyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, X2 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlara məxsus İsmayıllı rayonu,Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 8 il müddətində qanunsuz istifadə edərək vurduğu maddi ziyanın əvəzi olaraq 20000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumu məbləğinin alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, ilkin iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı1 6000 manat pul,755 manat çəkilmiş xərc və 87.55 manat dövlət rüsumu olmaqla, cəmi 6842.55 manat məbləğinin alınaraq iddiaçı Cavabdeh verilməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçı Cavabdeh özünə aid edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən İddiaçı1 ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılaraq, xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışla birlikdə cavabdeh İddiaçı1 qaytarılması, iddiaçı Cavabdeh 100 manat dövlət rüsumu alınaraq cavabdeh İddiaçı1 qaytarılması,qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin cavabdeh İddiaçı1 özünə aid edilməsi,qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi və qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(107)- 614/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsi qismən, ilk iddia tələbinin təmin edilən “cavabdehdən çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair” hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbinin həmin hissədə təmin edilməməsi və qətnamənin verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(102)-1117/2024 nömrəli qanuni qüvvəyə minmiş qərarından müəyyən edilir ki, cavabdeh və qarşılıqlı iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-614/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, tərəflər arasında olan mübahisənin həllinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur və həmin məsələyə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olan şəxsə qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edildiyindən, iddiaçılar İddiaçı1, X2 və X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qərara gəlir ki, mülki iş üzrə icraata xitam verildiyindən ödənilmiş 150 manat dövlət rüsumu məbləği İddiaçı1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçılar İddiaçı1, X2 və X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbinin icraatına xitam verilsin. Ödənilmiş 150 manat dövlət rüsumu məbləği tam şəkildə İddiaçı1 qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1183/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1183/2025
08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver