Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1206/2024 02.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı 6 saylı Regı̇ onal X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 02 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 6 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 605,69 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı Regı̇ onal X1 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh meşə fonduna qanunsuz ağackəsmə nəticəsində 27 may 2024-cü il tarixli 000722 saylı akta əsasən 605,69 manat maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə rəsmi və şifahi müraciət olunmuş, lakin cavabdeh dəymiş ziyanın ödənilməsini təmin etməmişdir. Dəfələrlə cavabdehə dəymiş ziyanın ödənilməsi tələb edilsə də heç bir nəticəsi olmamış və bu səbəbdən də məhkəməyə müraciət olunmuşdur. Cavabdehdən 605,69 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı Regı̇ onal X1 hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 27 may 2024-cü il tarixli 000722 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş həcm qiymət cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 27 may 2024-cü il tarixdə Talıstan meşəbəyliyinin 6 saylı meşə dolayında mərkəzin meşə gözətçisinin məlumatına əsasən araşdırılma aparılan zaman İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh tərəfindən qanunsuz olaraq yaş köküstə müxtəlif cins və diamterdən ibarət ağacları kəsdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən cəmi 111 ağacın kəsildiyi aşkar edilmiş və maddi ziyan məbləği hesablanaraq 605,69 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin aktla tanış olmuş və həmin aktı imzalamaqdan imtina etmişdır. 12 iyun 2024-cü il tarixli, MN1784294 nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Talıstan meşəbəyliyinin 6 saylı meşə dolayında yaş köküstə müxtəlif cinsdən ağacların kəsilməsi nəticəsində X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 27 may 2024-cü il tarixli 000722 nömrəli akta və həmin akta əsasən tərtib edilmiş həcm qiymət cədvəlinə əsasən 27 may 2024-cü il tarixdə Talıstan meşəbəyliyinin 6 saylı meşə dolayında mərkəzin meşə gözətçisinin məlumatına əsasən araşdırılma aparılan zaman İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh tərəfindən qanunsuz olaraq yaş köküstə müxtəlif cins və diamterdən ibarət ağacları kəsdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən cəmi 111 ağacın kəsildiyi aşkar edilmiş və maddi ziyan məbləği hesablanaraq 605,69 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin aktla tanış olmuş və həmin aktı imzalamaqdan imtina etmişdır. 12 iyun 2024-cü il tarixli, MN1784294 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İsmayıllı rayonu Talıstan meşəbəyliyinin 6 saylı meşə dolayında yaş köküstə müxtəlif cinsdən ağacların kəsilməsi nəticəsində X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində inzibati cərimə edilmişdir. Tətbiq edilən hüquq: “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin qanunsuz olaraq meşə materiallarından istifadə etməsi nəticəsində təbiətə 605,69 manat maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 605 (altı yüz beş) manat 69 (altmış doqquz) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı 6 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1206/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1206/2024
02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver