Məhkəmə qərarları › İş №2(037)-1232/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1232/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1232/2024 30.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı, Cavabdeh Əhmədov Amı̇ d Məhəmməd oğlunun iştirakı ilə İddiaçı cavabdeh Əhmədov Amı̇ d Məhəmməd oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 30 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı cavabdeh Əhmədov Amı̇ d Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 avqust 2011-ci il tarixdə doğulmuş Əhmədov Aman Amı̇ d oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Əhmədov Amı̇ d Məhəmməd oğlundan 04 avqust 2011-ci il tarixdə doğulmuş Əhmədov Aman Amı̇ d oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Həmin vaxtdan uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Alimentin artırılması üçün Mediasiya təşkilatına müraciət etməli olmuşdur. Özü “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qubaxəlilli kənd poçt şöbəsinin rəisi vəzifəsində çalışsa da noyabr ayından iş yerinin bağlanması ehtimalı vardır. Uşağın ehtiyaclarını qarşılamaq məqsədilə cavabdeh ödədiyi alimentdən başqa heç bir köməklik etməmişdir. Ona görə də təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 180 manat məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Əhmədov Amı̇ d Məhəmməd oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022ci il tarixli qətnaməsinə əsasən aliment təyin edildikdən sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. O, İsmayıllı rayonun Qurbanəfəndi kəndində yaşamaqla şəxsi təsərrüfatında mal-qarası yoxdur. Bir neçə xroniki xəstəlikdən əziyyət çəkir və onurğasında problem olduğu üçün karsetlə gəzir. İddiaçı ilə müqayisədə sağlamlıq baxımından zəifdir, bir neçə dəfə əmliyyat olunduğundan müntəzəm müalicələr alır. Bundan başqa özü fiziki cəhətdən tam əmək qabiliyyətli olmadığından və onurğasında olan problemə görə ağır fiziki işlərdə işləyə bilmədiyindən hazırda işsizdir. Ən əsas onurğasında yırtıq olduğundan fərdi əməklə məşğul ola bilmir. İddiaçı özü isə Qurbanəfəndi kənd poçtunun müdiri vəzifəsində işləməklə kifayət qədər aylıq gəlir əldə edir. Təyin olunmuş alimenti belə çətinliklə ödəyir. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də alimentin artırılmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının alimentin artırılması ilə bağlı iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İİ 751941 nömrəli 30 sentyabr 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 04 avqust 2011ci il tarixdə Əhmədov Aman Amı̇ d oğlu adlı bir uşağı doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-555 /2016-cı il tarixli 03 may 2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, 04 avqust 2011-ci il tarixdə doğulmuş Əhmədov Aman Amı̇ d oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, 04 avqust 2011-ci il tarixdə doğulmuş Əhmədov Aman Amı̇ d oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Qəbələ 1 saylı Mediasiya təşkilatının MŞQ/MT035-2024-625 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya prosesindən sonra prsosesin davam etdirilməsindən imtina etmişlər. İddiaçı tərəf 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli №5-54-24/3-2-249/2024 nömrəli arayışdan görünür ki, Əhmədov Amı̇ d Məhəmməd oğlu İsmayıllı rayonu Qurbanəfəndi kəndində yaşaır və onun təsərrüfatında iribuynuzlu mal-qara və digər heyvan yoxdur. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qıtnaməsi ilə cavabdeh Əhmədov Amı̇ d Məhəmməd oğlundan 04 avqust 2011-ci il tarixdə doğulmuş Əhmədov Aman Amı̇ d oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsində aliment təyin olunduqdan sonrakı müddətdə uşaqlar üçün yaşayış minimumunun dəfələrlə artdığını qeyd edərək təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 manat alimentin tutularaq ona ödənilməsini xahiş etsə də məhkəmə iclasında cavabdehdən hər ay 180 manat məbləğində alimentin alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh aliment təyin olunduqdan sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, özünün fiziki cəhətdən tam əmək qabiliyyətli olmadığından və ağır fiziki işlərdə işləyə bilmədiyindən işsiz olduöğunu və xəstəliyi ilə bağlı müntəzəm müalicələr aldığını, iddiaçının isə “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qubaxəlilli kənd poçt şöbəsinin rəisi vəzifəsində işləməklə yüksək gəlir əldə etdiyini, təyin olunmuş alimenti belə çətinliklə ödədiyini, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd edərək iddianın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Cavabdehin rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İsmayıllı rayonu Qurbanəfəndi kəndində yaşamaqla təsərrüfatında xırda və iri buynuzlu mal-qarası yoxdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə məhkəmə tərəfindən bir uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2022-ci ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Əhmədov Amı̇ d Məhəmməd oğlundan 04 avqust 2011-ci il tarixdə doğulmuş Əhmədov Aman Amı̇ d oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1254 /2022-ci il saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Əhmədov Amı̇ d Məhəmməd oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 04 avqust 2011-ci il tarixdə doğulmuş Əhmədov Aman Amı̇ d oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Əhmədov Amı̇ d Məhəmməd oğlundan 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar