Məhkəmə qərarları › İş №2(037)-1277/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1277/2023

18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1277/2023 18.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 18 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(037)-39 nömrəli qətnaməsi ilə 25 avqust 2013cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi /vəkil/ Nümayəndə təmsil etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(037)-39/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan 25 avqust 2013-cü il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanılmış və uşağın maddi təminatı üçün hər ay 130 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq edir və uşağın normal təminatını ödəmir. Uşağın yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Belə ki, iddiaçı Türkiyə Cümhuriyyətində yaşamaqla hazırda heç yerdə işləmir. Övladı isə orada təhsil alır. Təyin olunmuş aliment uşağın bir sıra xərclərini, təhsil, geyim, sağlamlığı və s qarşılamır. Cavabdeh təyin olunmuş alimenti vaxtında ödəməməklə yanaşı uşağının maddi təminatının ödənilməsinə köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İİ-EP 874458 nömrəli 30 oktyabr 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 25 avqust 2013-cü il tarixdə X3 adlı iki övladı doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-39/2019 nömrəli 01 aprel 2019-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan 25 avqust 2013-cü il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanılmış və uşağın maddi təminatı üçün cavabdehdən hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmşdir. İş materiallarında olan X2 iştirak edilməməsi barədə 18 oktyabr 2023-cü il tarixli MŞŞ/MT018/2023-02475 nömrəli arayışdan görünür ki, cavabdeh X2 iştirak etməmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-39/2019 nömrəli 01 aprel 2019-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan 25 avqust 2013-cü il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanılmış və uşağın maddi təminatı üçün cavabdehdən hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi qeyd olunan aliment məbləğinin hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq etdiyini və uşağın normal təminatını ödəmədiyin, uşağın yaşının artması xərclərinin də artmasına səbəb olduğunu, iddiaçının Türkiyə Cümhuriyyətində yaşamaqla hazırda heç yerdə işləmədiyini, övladının isə orada təhsil aldığını, təyin olunmuş aliment uşağın bir sıra xərclərini, təhsil, geyim, sağlamlığı və s qarşılamadığını, cavabdeh təyin olunmuş alimenti vaxtında ödəməməklə yanaşı uşağının maddi təminatının ödənilməsinə köməklik etmədiyini qeyd edərək uşağın saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 25 avqust 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 ( bir yüz altmış) manat alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 42 (qırx iki) manat 80 (səksən) qəpik qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-39/2019 nömrəli 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 25 avqust 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 42 (qırx iki) manat 80 (səksən) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar