Məhkəmə qərarları › İş №2(037)-1288/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1288/2022

20.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1288/2022 20.09.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, İddiaçı Abdulla oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və İİİ şəxs İsmayıllı rayon Qoşakənd nümayəndəliyinə qarşı rayon Aqrar İslahat Komissiyasının Qərarında dəyişiklik, rayon nümayəndəliyinin təsərrüfatbaşı kitabında düzəliş edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 20 sentyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Abdulla oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və İİİ şəxs İsmayıllı rayon Qoşakənd nümayəndəliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ailəsinə İsmayıllı rayonu Qoşakənd kəndi ərazisində sahələri 5,851 ha və 0,9398 ha olan pay torpaqlarının ayrılması barədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarında dəyişiklik edilərək rayon nümayəndəliyinin təsərrüfatbaşına kitabında düzəliş edilərək həmin torpaq sahələrinin onun pay torpaq sahələri hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, İddiaçı Abdulla oğlunun hazırkı iddiasına inzibati mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarında və rayon nümayəndəliyinin təsərrüfatbaşına kitabında dəyişiklik olunmasını və qardaşının adında olan pay torpaq sahələrinin onun adına keçirilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X3 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 mart 1995-ci il tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. X2 hüquqi varisi müəyyən edilmədiyindən bu kateqoriyadan olan mübahisələr üzrə araşdırılma aparılması üçün maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Ərazi İdarəsinə müraciət etdikdən sonra müraciətin nəticəsindən asılı olaraq aidiyyatı üzrə məhkəmədə iddia qaldıra bilərlər. Göründüyü kimi İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etməyərək bir başa hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı ilk növbədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək rəsmi cavab almalı, bundan sonra cavabdan asılı olaraq aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Eyni zamanda iddiaçının İsmayıllı rayon İHB-nın Qoşakənd icra nümayəndəliyinin təsərrüfatbaşı kitabında düzəliş edilməsi tələbi də inzibati orqana qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş inzibati orqanların Təsnifatına əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqanlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə və ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunur. Məhkəmə hesab edir ki, İddiaçı Abdulla oğlunun iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı Abdulla oğluna izah edilir ki, inzibati icraat qaydasında ərazi aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı Abdulla oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və İİİ şəxs İsmayıllı rayon Qoşakənd nümayəndəliyinə qarşı rayon Aqrar İslahat Komissiyasının Qərarında dəyişiklik, rayon nümayəndəliyinin təsərrüfatbaşı kitabında düzəliş edilməsi tələbinə dair iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 08 sentyabr 2022-ci il tarixdə ödənilmiş 100 (bir yüz) manat (qəbzin nömrəsi 9********) dövlət rüsumu tam şəkildə İddiaçı Abdulla oğluna qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar