Məhkəmə qərarları › İş №2(037)-13/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-13/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-13/2024 01.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı borcun tutulması tələbi barədə 2(037)-12/2024 nömrəli və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə 2(037)-13/2024 nömrəli mülki işin materiallarını 01 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: 2(037)-12/2024 nömrəli mülki iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu,İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 2750 manat məbləğində dəymiş ziyan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 2750 manat məbləğində dəymiş ziyan və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri-yaşayış obyektindən istifadə etdiyi üçün 18.425 manat məbləğində dəymiş ziyanın və 161.78 manat məbləğində ödənilmiş dövlət rüsumunun X1 "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2(037)-13/2024 nömrəli mülki iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Bankın mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 1375 manat məbləğində dəymiş ziyanın və 33.75 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hər iki mülki iş hazırda məhkəmənin icraatındadır. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Vüsal Həsənli məhkəməyə vəsatət təqdim edərək hər iki iş eyni xarakterli mülki işlər olduğundan bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər X3 və Cavabdeh ayrı-ayrılıqda mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı borcun tutulması tələbi barədə və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə mülki işlər eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla hər iki mülki işdə eyni əmlak mübahisə predmetinə aid olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir və həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı borcun tutulması tələbi barədə 2(037)-12/2024 nömrəli və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə 2(037)-13/2024 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(037)-12/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar