Məhkəmə qərarları › İş №2(037)-1304/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1304/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1304/2023 25.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Ələkbərlı̇ Türkan Kamran qızının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Ələkbərlı̇ Türkan Kamran qızının cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 25 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Ələkbərlı̇ Türkan Kamran qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 04 avqust 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, 50 (əlli) manat mediasiya xərcinin yarısının (25 manat) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ələkbərlı̇ Türkan Kamran qızı izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-615/2021-ci il nömrəli qətnaməsi ilə Cavabdeh 04 avqust 2017-ci il təvəllüdlü X5 adlı uşağın atası hesab edilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment təyin edilmişdir. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq edir və onun normal təminatını ödəmir. Uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Cavabdeh fərdi əməklə məşğul olmaqla normal aylıq gəlirə malikdir. Buna baxmayaraq ödədiyi az miqdarda alimentdən başqa uşağın digər xərclərinin ödənilməsinə köməklik etmir, uşağı ilə maraqlanmamışdır. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin yarısının cavabdeh X2 tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə nümaytəndəsi Nümayəndə təmsil etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 150 manat alimenti çətinliklə ödəyir. Aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır. Cavabdeh fərdi əməklə məşğul olmaqla dolanışığını çətinliklə təmin edir. Bunula yanaşı iddiaçı özü də işləyib uşağın saxlanmasına kömək edə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını, cavabdehin etibarnamə üzrə nümayəndəsinin iddia tələbinə münasibətini, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 713410 nömrəli xx.xx.2021-ci il doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X5 04 avqust 2017-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-615/2021-ci il nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, Cavabdeh İddiaçı doğulmuş 04 avqust 2017-ci il təvəllüdlü X5 adlı uşağın atası hesab edilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat alimentin X2 tutularaq ona ödənilməsi qət olunmuşdur. İş materiallarında olan “Mediasiya prosesinə xitam verilməsi haqqında” MŞQ/MT035/103 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan və rüsum qəbzindən görünür ki, mübahisənin qarşlılqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-615/2021-ci il nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı faktiki nikahlarından doğulmuş 04 avqust 2017-ci il təvəllüdlü X5 adlı uşağın atası hesab edilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı qeyd olunan aliment məbləğinin hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq etdiyini və onun normal təminatını ödəmədiyini, uşağın yaşının artması xərclərinin də artmasına səbəb olduğunu, cavabdehin fərdi əməklə məşğul olmaqla normal aylıq gəlir əldə etdiyini, ödədiyi alimentdən başqa uşağın digər xərclərinin ödənilməsinə köməklik etmədiyini, təyin olunmuş alimentin məbləğinin artırılaraq bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi cavabdehin təyin olunmuş 150 manat alimenti çətinliklə ödədiyini, aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində heç bir müsbət dəyişikliyin olmadığını, fərdi əməklə məşğul olmaqla dolanışığını çətinliklə təmin etdiyini, təyin olunmuş məbləğdən artıq aliment ödəyə bilməcəyini qeyd edir. Cavabdehin iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək X2 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 04 avqust 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat müəyyən edilməli və həmin məbləğdə alimentin tutularaq Ələkbərlı̇ Türkan Kamran qızına ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə edilmiş “Mediasiya prosesinə xitam verilməsi haqqında” protokoldan və ona əlavə olunmuş ödəniş qəbzindən görünür ki, cavabdeh mediasiya prosesində iştirak etmiş, lakin iddiaçı ilə aralarında razılıq əldə olunmamışdır. İddiaçı mediasiya prosesi üçün 50 manat dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manatı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 42 (qırx iki) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-615/2021-ci il nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 04 avqust 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğdə aliment tutularaq Ələkbərlı̇ Türkan Kamran qızına ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin yarısı yəni - 25 (iyirmi beş) manat tutulsun və Ələkbərlı̇ Türkan Kamran qızına ödənilsin. Cavabdeh 42 (qırx iki) manat 80 (səksən) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar